Jurnalistlər üçün yeni müsabiqə
Tarix: 07.03.2013 | Saat: 23:21:00 | E-mail | Çapa göndər


Mətbuat Şurası Sənaye və Energetika Nazirliyi ilə birgə Avropa Birliyinin “İNOGEYT” proqramının dəstəyi ilə gerçəkləşdirilən “Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində binaların enerji səmərəliliyi təşəbbüsü” (BES - ESIB) layihəsi çərçivəsində jurnalistlər üçün “Enerji səmərəli binalar - dayanıqlı enerji inkişafının əsası” mövzusunda müsabiqəyə start verir. Müsabiqə enerji səmərəlliliyi mövzusunda ən yaxşı məqaləni müəyyənləşdirəcək.
Müsabiqənin məqsədi binalarda enerji səmərəliliyi və enerji qənaəti problemlərinə, binalarda enerji səmərəliliyin artırılması sahəsində enerjidən səmərəli istifadə texnologiyalarının və innovativ yanaşmaların tətbiq edilməsinə və həmçinin beynəlxalq təcrübənin nəzərə alınmasına mətbuat və elektron KİV-lərin diqqətini cəlb etmək, enerji səmərəliliyi mövzusunu ən sistemli, geniş və obyektiv şəkildə işıqlandıran və öz nəşrlərində istehlakçıların enerji baxımından səmərəli və enerjiyə qənaət edən texnologiyaları tətbiq etməyə marağını artıran jurnalistləri müəyyən etmək və həvəsləndirməkdir. Müsabiqədə dil və həcm məhdudiyyəti nəzərdə tutulmur. Sənəd qəbulu 1 mart -30 aprel tarixləri ərzində aparılır. Bu müddətdə mətbuatda və ya internet resursunda dərc olunan bir məqalə müsabiqəyə təqdim edilə bilər. Hər jurnalistin yalnız bir məqalə təqdim etməsi nəzərdə tutulur. Reklam materialları qəbul edilmir. Müsabiqənin üç qalibi olacaq. Birinci yeri tutan qalib ESİB Layihəsi adından “Sony TabletS” planşeti ilə təltif olunacaq. İkinci və üçüncü yerləri tutanlara qiymətli mükafatlar veriləcək. Eyni zamanda həvəsləndirici mükafatlar da nəzərdə tutulur




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info