Nazirlik tələbə və məzunlar üçün aktiv məşğulluq tədbiri keçirdi
Tarix: 30.06.2016 | Saat: 17:14:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tələbə və məzunlar üçün Bakı Biznes Universitetində «Karyerada ilk addım» devizi altında aktiv məşğulluq tədbiri keçirib. Tədbirin acılışında iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş dövlət proqramlarının uğurlu icrası nəticəsində gənclərin məşğulluğunun artırılması istiqamətində də mühüm addımların atıldığını vurğulayıb: “Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin fəaliyyətində gənclərin məşğulluğunun təminatı xüsusi yer tutur. Təkcə bu ilin beş ayında Xidmətin xətti ilə işlə təmin olunanların 36 faizi, haqqı ödənilən ictimai işlərə cəlb edilənlərin 32 faizi gənclərdən ibarət olub. Bu dövrdə Xidmət tərəfindən peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunan 1500 nəfərədək şəxsdən 60 faizini gənclər təşkil edib. Xidmətin Əmək Birjaları vasitəsilə müvəqqəti xarakterli işlərə göndərilən vətəndaşların da mühüm bir hissəsi gənclərdir. Həmçinin son 5 ayda 56,4 mindən çox gəncə peşəyönümü məsləhətləri verilib”.
S.Müslümov sağlamlıq imkanları məhdud gənclərin də əmək bazarına inteqrasiyası üçün məqsədyönlü işlərin aparıldığını qeyd edib: “Nazirliyin Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi istifadəyə verildiyi 2013-cü ilin dekabrından cari ilin 01 iyun tarixinədək həmin mərkəzdə 800 nəfərdən çox belə gənc peşə kurslarına qəbul edilib. Hazırda nazirliyin sifarişi ilə Bakıda gözdən əlil gənclər üçün də Peşə-Tədris Mərkəzi inşa olunur”.
Nazir bildirib ki, gənclərin SYSLAB (Yenilik və Məşğulluq üzrə Sistem Laboratoriyası) metodologiyası üzrə əmək bazarına inteqrasiyasının dəstəklənməsi üçün BMT İnkişaf Proqramı ilə birgə növbəti “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsi də icra olunur. Layihə çərçivəsində təşkil olunan təlimlərdə gənclərə müasir iş axtarışı bacarıqları öyrədilir. Bununla yanaşı, son illərdə müasir dünya təcrübəsi əsasında iki ali təhsil müəssisəsində tələbələrin öz ixtisasları üzrə nəzərə biliklərlə yanaşı, praktik bacarıqlara yiyələnmələri üçün virtual müəssisələr yaradılıb. Həmçinin Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə birgə ali təhsilli, ilk dəfə işaxtaran gənclərin məşğulluğunun subsidiya əsasında dəstəklənməsini nəzərdə tutan pilot layihə uğurla icra olunub.
Ali təhsil müəssisələrində «Karyerada ilk addım» devizi altında təşkil edilən aktiv məşğulluq tədbirlərindən bəhs edən S.Müslümov diqqətə çatdırıb ki, bu tədbirlərin məqsədi tələbə və məzunların işəgötürənlərlə ilkin əlaqələrinin və gələcək karyeralarının qurulmasına, eləcə də işəgötürənlərin gələcəkdə ixtisaslı kadr seçimini aparmalarına dəstək məqsədi daşıyır. İştirakçılara boş (vakant) iş yerləri də təklif olunur, onlara əlavə təhsil kurslarına cəlb olunmaq, boş vaxtları ərzində müvəqqəti xarakterli işlərdə çalışmaqla əlavə qazanc əldə etmək imkanları yaradılır: “Həm tələbə və məzunlar, həm də işəgötürənlər üçün əhəmiyyətli olan bu tədbirlər cari ildə də davam etdirilir. Bu il artıq 8-ci ali təhsil müəssisəsidir ki, «Karyerada ilk addım» devizi altında aktiv məşğulluq tədbiri keçirilir”.
Daha sonra S.Müslümov və Bakı Biznes Universitetinin rəhbərliyi aktiv məşğulluq tədbirinin təşkilatı vəziyyəti ilə yaxından tanış olub, işəgötürənlərin, tələbə və məzunların belə tədbirlərlə bağlı rəy və təkliflərini öyrəniblər. Bakı şəhəri üzrə 48 müəssisədən 240 boş (vakant) iş yerinin təqdim edildiyi tədbirdə boş (vakant) iş yerlərinə göndərişlər verilib, ayrı-ayrı məzunlar istəklərinə uyğun olaraq əlavə təhsil kurslarına cəlb olunmaq üçün qeydiyyata alınıblar. Həmçinin tələbə və məzunlar işəgötürənlərə özləri barədə şəxsi məlumatlarını (CV) təqdim ediblər. Yay mövsümündə müvəqqəti xarakterli işlərdə çalışmaq istəyənlər Xidmətin Bakı şəhərindəki Əmək Birjası tərəfindən qeydiyyata götürülüblər.

İ.AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info