CASCFEN Şüvəlan məktəbində seminar keçirdi
Tarix: 30.06.2016 | Saat: 17:30:00 | E-mail | Çapa göndər


Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) “Müxtəlif kateqoriyadan olan qruplar üçün onlayn ifadə azadlığı mədəniyyəti seminarları” layihəsi çərçivəsində növbəti tədbirini Bakının Şüvəlan qəsəbəsindəki 230 saylı məktəbdə keçirib. “Müəllimlər və yuxarı sinif şagirdləri üçün onlayn ifadə azadlığı mədəniyyəti” mövzusunda seminara 29 nəfər müəllim və şagird qatılıb. Qurumdan verilən xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımıyla baş tutan seminarda şəbəkə istifadəçilərinin davranış qaydaları, onların pozulması zamanı meydana gələcək məsuliyyət müzakirə edilib. Tədbirin açılışında çıxış edən CASCFEN sədri Azər Həsrət layihə haqqında qısa bilgi verərək dəstəyə görə, Azərbaycan dövlətinə təşəkkür edib. Eyni zamanda o, məktəbin direktoru Elşən Qafarovu layihəyə verdiyi dəstəkdən ötrü CASCFEN-in diplomuyla təltif etdiklərini bildirib. Layihənin eksperti, “Kaspi” qəzetinin müxbiri Lalə Musaqızı virtual aləmdə davranış qaydaları haqqında fikirlərini paylaşıb. O, müəllim və şagirdlərin onlayn müstəvidə davranışlarını necə tənzimləməli olduqları haqqında örnəklər verməklə bərabər iştirakçıların suallarını da cavablandırıb. Növbəti ekspert, CASCFEN nəzarət-təftiş komissiyasının sədri Sevda Əsgərova iştirakçılara “netizen” və “netiket” istilahları haqqında danışıb. O, bu istilahlara əsaslanaraq netiketin 10 qızıl qaydasını tək-tək izah edib. Bundan sonra CASCFEN sədri Azər Həsrət onlayn ifadə azadlığının həm də məsuliyyət doğurduğu haqqında mülahizələrini iştirakçılarla paylaşıb. Fəal ortamda keçən seminarın sonunda sertifikatlar təqdim edilib, xatirə şəkli çəkdirilib.




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Paytaxtın bəzi rayonlarının təbii qaz təchizatında məhdudiyyət olacaq
22.01.2019
Gələcəkdə “BakıKart”ların balansının onlayn artırılması mümkün olacaq
22.01.2019
“Bakcell”dən 6 bölgənin sakinlərinə 5 GB PULSUZ İnternet!
22.01.2019
Azərbaycanda tolerantlıq mühitinin qorunub saxlanılması üçün hüquqi baza formalaşdırılıb
22.01.2019
Mübariz Qurbanlı şimal bölgəsindən olan sakinlərin müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info