Apellyasiya Komissiyası QHT-lərin müraciətlərini cavablandırıb
Tarix: 30.06.2016 | Saat: 17:32:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Apellyasiya Komissiyasının iclası keçirilib. Şura üzvü Sahib Məmmədovun sədrliyi ilə keçirilən iclasda 2016-cı il ikinci maliyyə müsabiqəsinin nəticələri ilə razılaşmayan 18 QHT-nin müraciətinə baxılıb.
Qarşılıqlı anlaşma və müzakirə şəraitində keçən iclasda komissiyaya təqdim olunmuş hər bir layihə yenidən nəzərdən keçirilib və onların hazırlanmasında yol verilmiş nöqsanlar QHT rəhbərlərinin nəzərinə çatdırılıb.
Müzakirələrdən sonra ekspertlərin rəyi də nəzərə alınaraq Şuraya 6 QHT-nin layihə təklifinə yenidən baxması tövsiyə olunub. 12 QHT-nin layihə təklifi ilə bağlı isə Şuranın qərarı məqbul hesab edilib.
Apellyasiya Komissiyasının üzvləri QHT rəhbərlərinin nəzərinə çatdırıb ki, müsabiqəyə təqdim olunan layihələr ictimai baxımdan aktuallığı ilə, yerinə yetiriləcək fəaliyyətlərin isə konkretliyi ilə seçilməsi vacibdir. İclasda Şura tərəfindən layihələrin qiymətləndirilməsində şəffaflığın təmin olunması üçün mütamadi iş aparıldığı bir daha qeyd olunub.


Qorqud




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info