“Avropa Suriyaya görə ağır hesab ödəyir”
Tarix: 30.06.2016 | Saat: 17:32:00 | E-mail | Çapa göndər


“The Guardian”: “Qaçqınlar və təhlükəsizlik problemləri buna misal ola bilər, bu iki faktorun aradan qaldırılması mümkün görünmür”


Avropanın Brexitlə başlayan hazırkı ağır siyasi qarışıqlığı dünyanın diqqətini cəlb edib. Bununla belə, qitədən qıraqda baş verən daha qanlı və faciəvi olaylar diqqətdən kənarda qalıb. Bu barədə yazan Böyük Britaniyanın “The Guardian” media qurumu belə olaylara Suriyadakı hadisələri misal çəkir: “Suriya müxalifətinin Bəşər Əsədi devirmək planları və mübarizəsi ümidsizliyə düçar olub: Moskva və Vaşinqton bir-birilərinə yaxınlaşmağa doğru addımlarkən, Moskva və Tehranın Suriyaya müdaxiləsi bu ölkə prezidentinin ölkədə mövqeyini gücləndirib. Moskva və Vaşinqton Suriyada beş illik müharibənin başa çatması və problremlərin həlli üçün ortaq nöqtə tapmağa çalışırlar. BMT-nin bu məsələ ilə bağlı razılaşma üçün təyin etdiyi son tarix 1 avqustdur. Bu tarixə qədər Suriyada “siyasi dəyişiklik” baş verməlidir”.
Qeyd edilir ki, Avropa Birliyinin xarici siyasət şefi Federika Moqerini ötən il İranla nüvə danışıqlarının aparılmasında aparıcı fiqur kimi çıxış etməsinə baxmayaraq, Suriya məsələsi ilə bağlı danışıqlarda adekvat təsirə nail ola bilməyib: “Halbuki Suriya məsələsi daha faciəvidir və rəsmi rəqəmlərə görə, artıq bu ölkədə 400 min adam həlak olub, milyonlarla insan isə evsiz qalıb və didərgin düşüb. Son ildə sübut olundu ki, Avropa birinci qitədir ki, Suriya böhranının həll olunmamasına görə çox ağır əvəz ödəyir – qaçqınlar və təhlükəsizlik problemləri buna misal ola bilər. Bu iki faktorun aradan qaldırılması isə hələ ki mümkün görünmür.
Avropalılar Avropa Birliyini yenidən qurmaqla bağlı inkişaf prosesləri barədə fikirləşəndə Suriyanı düşünmürlər, amma son iki ildə Avropada baş verən hər hansı neqativ işlərdə və proseslərdə Suriya faktoru rol oynayır – qaçqınlar qitəyə qaçırlar, cihadçılar da ora gəlirlər və gedirlər. Bütün bu hallar yalnız artmaqda davam etməkdədir. Bu, artıq Avropanın boynunda yük olan problemə çevrilib. Avropanın heç bir seçimi qalmayıb. Böyük Britaniyanın Avropa Birliyini tərk etdiyi bir halda, AB özünü beynəlxalq arenada siyasi oyunçu kimi təsdiq etdirmək üçün hələ də sübuta ehtiyac duyur. Belə sübutlardan biri isə Suriya problemini həll etməyə nail olmaq ola bilərdi”.

İlkin AĞAYEV





 
Bölməyə aid digər xəbərlər
21.05.2019
Norveç Şimal dənizinə neft sızması ehtimalı ilə təhqiqata başlayır
21.05.2019
Vladimir Zelenski Ali Radanın buraxılması barədə fərman imzalayıb
20.05.2019
Madrid və Barselonada metro işçiləri tətil edir
20.05.2019
Həsən Ruhani ABŞ Prezidentinin dialoq təklifinə cavab verib
20.05.2019
Ukraynanın Baş naziri istefa verib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info