İstanbuldakı terrorla bağlı 5 versiya
Tarix: 30.06.2016 | Saat: 17:50:00 | E-mail | Çapa göndər


Əli İsgəndərov: “Bu birbaşa siyasi, psixoloji, iqtisadi savaşdır”

“İstanbulun Atatürk adına hava limanında baş vermiş terror aktı ölkə iqtisadiyyatına və təhlükəsizlik sisteminə yönəldilmiş hücumdur. Hətta deyərdim birbaşa siyasi, psixoloji, iqtisadi savaşdır. Səbəb nədəni kimi ən böyük ehtimal isə Türkiyə- Rusiya münasibətlərində yaranmış gərginliyin aradan qalxmasını bəzi güclərin qəbul edə bilməməsidir”. Bunu politoloq Əli İsgəndərov deyib. O, diqqətə çatdırıb ki, bu cür terror aktları bir neçə sutkaya hazırlanmır ki, iki gündür barışmaqdan söz gedərkən üçüncü gün terakt həyata keçirilsin: “Ancaq, barışıq üç gündür ictimai mövzuya çevrilsə də üç aya yaxındır ki, bu barədə konkret addımlar atılıb və bunun baş verəcəyi hər iki ölkə sözçülərinin eyhamlarında daha öncədən səslənirdi. Bu ilin aprelində rusiyalı pilotun öldürülməsini üzərinə göturmüş türkmən komandirin həbsi, Davudoğlunun istefası Türkiyənin məsələylə bağlı atdıgı addımlardır. Terror o zaman planlaşdırılıb desək yanılmarıq. Ölkənin təhlükəsizlik sistemi hədəfə alındı. Bütün layihələrin gerçəkliyi, ölkə daxili və beynəlxalq proqramların icrası, iqtisadi, mədəni,siyasi mühütin normal şəraitlə təmini, bir sözlə hər şey təhlükəsizlik və stabilliyin varlığıyla özünü doğruldur. Bu aktı digərlərindən fərqləndirən bir amil var. Digər eyni adlı cinayətlər ölkədaxili hədəflər çərçivəsində olsa da, bu planın düzənlənməsi həmçinin Türkiyəyə yönəlik, onun sərhədləri xaricində ictimai qorxu və etimadsızlıq yaratma kimi incə psixoloji hücumdur. Hökumətlər arası münasibətlər nə qədər konstruktiv olsa da xalqlar arası ilişgi yoxdursasa, bu güclü əhəmiyyətə malik deyil. İnsanlar isə toplumdur. Onunla işləmək asan və çətin məqamlardan ibarətdir. Olay mərkəzi Ankaranın onsuz da gərgin iş rejimini bir qədər də artırır. Zaman, kadr, əlavə külli miqdarda xərclər. Bəhs edilən terrorun hədəflərindən biri turist, tacir gəlişini azaltmaqla Türkiyənin əsas iqtisadi gəlir mənbələrinə zərbə vurmaqdı”. Analitik əlavə edib ki, hamını icraçıdan çox sifarişçinin kimliyi maraqlandırır: “Dərhal sifarişçinin kimliyini təxmin etməyi hər baxımdan diletantlıq, savadsız yanaşma hesab etdiyimdən sualın bu tərəfini bir mənalı cavablandıra bilmərəm. Bu halda söz haqqı təhlükəsizlik orqanlarının əlaqədar məsullarınındır. Biz sadəcə belə halda öyrənilməsi adi mexanizm sayılan ehtimal versiyalarını dilə gətirə bilərik. Konkret bir adın üstündə durmağı müxtəlif asbektlər səbəbindən düzgün hesab etmirəm. Sadəcə bunu deyə bilərəm ki, yuxarıda sadaladığım mexanizmə görə bu hansısa terror təşkilatının hünər və gücü səviyyəsində deyil. Xalq diliylə desək bunu onlara yedizdirməzlər. Şübhə etmirəm ki, bunun arxasında böyük gücə sahib dövlət və ya dövlətlər durur”.
O, müxtəlif versiyaları qeyd edib: “1. Amerika. Türkiyənin müstəqil siyasət yürütmə cəhtlərini həzm edə bilmirdi. Xüsusən də Moskvayla yaxınlıq. Bunu Ağ Ev sözçüləri bəzən gizlətmirdi də. Emosional yanaşmalarının şahidi olmuşuq. Amerikanın Yaxın Şərqlə və Türkiyənin gələcəyi ilə bağlı olduqca təhlükəli planları var. Ankara- Moskva yaxınlığı Vaşinqtona sürprizlər yaşada bilər. 2. Səudiyyə- Qətər cütlüyü. Bəzi regional strateji siyasi- iqtisadi layihələrdə Türkiyə Cumhuriyyətini yanlarında görmək istəyirdilər. Ankarasız həmin planlar uğur vəd etmir. Rusiya ilə münasibətlərin gərginləşmə səbəblərində bu amil xüsusi rol oynayırdı. Sizə bir şeyi xatırladım. Kral Salman 4 apreldə Türkiyəyə gəldikdə onu aeroporta rus marşıyla qarşıladılar. Bunlar Suriya cəbhəsində kəskin dönüşlər baş verdiyindən və bundan narahatlıq keçirən Səudiyyə, Kuveyt, Qətər, Birləşmiş Ərəb Əmirlikləri xarici siyasət və müdafiə nazirlərinin Moskavaya ardıcıl minnətçi səfərlərindən sonra baş verdi. Bəzən işarələr əsl sözü deyir. 3. İran. Türkiyənin regional güc kimi sıradan çıxması hər baxımdan İrana sərf edir. Altılıqla nüvə razılaşması İranın nəfəsliklərini açması bizi aldatmasın. Məsələ nəfəsliyin açılmasında deyil, ordan daxil olan havanın nə olduğundadır. 4. Avropa birliyi. Hazırkı pressinqlər şəraitində cənub sərhədlərində Moskvanın əlinə yeni təsir imkanlarının düşməsini qəbul etmək ağırdır. Hazırda birliklə Kreml arasında gərgin danışıqlar gedir. Danışıqlar masasında kimin nə qədər silahlanmış halda əyləşməsi həlledici rol oynayır. 5. Çin. Mərkəzi Asiya respublikaları türkdillidirlər. Moskvanın nüfuz və təsir dairəsindədirlər. Ankara- Moskva partnyorlugu Çinin sərhədlərində yerləşən və daimi iştah obyekti olan bu respublikalarla müştərək çalışması Pekinə həm iqtisadi, həm siyasi cəhətdən əlverişli deyil. Türkiyə yüngül sənaye malları istehsalçısı kimi Çin bazarına rəqiblərdən biridir. Onun mallarına MDB, Şimali Afrika məkannında təlabat var. Bu coğrafiyalar Çinin göz dikdiyi ərazilərdir. Deyilə bilər ki, Çinin istehsal gücü hara, Türkiyəninki hara. Ancaq, məsələ heç də bir bundan ibarət deyil. Məsələ bazarda alıcının meylindən gedir. Rusiya türk investisiyasına açıq idi və davam etməsi nəzərdə tutulur. Rusiya bazarı isə hamı üçün cəlbedicidir. Pekinin Türkiyəni bu barədə də sıxışdırmaq istəyi Moskva - Ankara barışığı ilə uğursuzluğa düçar olur”.
O, həmçinin əlavə edib ki, bəzi yoldaşlardan Türkiyə Cumhuriyyətinin təhlükəsizlik qüvvələri haqda məsələylə bağlı yanlış dəyərləndirmə sərgilənir: “Dostlarımız yanılır. Türkiyə güc strukturlarının terrorla mübarizədə böyük təcrübəsi var. Kim bilir elə bu günlərdə neçə belə hadisənin qarşısı alınıb?! Bu elə bir şeydir ki, ictimaiyətə nadir halda açıqlanır. Sadəcə bu hadisənin fəsadlarını qaldırmaq eyni zamanda Turkiyə siyasi elitasının da məsuliyyəti sırasına daxildir. Turkiyəlilərdə vətəndaş olaraq vətənə bağlılıq güclüdür. Bu danılmaz bir faktdir. Yetər ki, məsul dairələr qarşılarındakı vəzifənin icrasında uğura imza atsın”.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub
22.09.2018
İranda hərbi parad zamanı terror aktı törədilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info