“Biz addım atmasaq, qısa müddətdə eskalasiya baş verəcək”
Tarix: 30.06.2016 | Saat: 18:20:00 | E-mail | Çapa göndər


“ATƏT Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını tapmağa çalışır. Biz əlimizdən gələni edəcəyik ki, münaqişə həll olunsun”.  
Bunu Bakı şəhəri Ramana qəsəbəsi Şuşa şəhərciyində yerləşən N. Gəncəvi adına 4 saylı Xankəndi orta məktəbində şuşalı məcburi köçkünlərlə keçirilən görüşdə ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri  Frank Valter Ştaynmayer deyib.  
Ştaynmayer bildirib ki, aprel hadisələri zamanı bütün səylər atəşin dayandırılmasına yönəlib: “İndi demək olar ki, atəş yoxdur. Lakin "status-kvo" belə qalmamalı, danışıqlar yolu ilə dəyişməlidir. Mən İrəvanda görüşlər keçirmişəm, Bakıda da görüşlər keçirəcəyəm. Biz çalışmalıyıq ki, münaqişənin həll yollarını tapaq. Aprel hadisələri göstərdi ki, münaqişə çoxlu qurbanlara səbəb olur. Hər tərəf başa düşməlidir ki, münaqişə sülh yolu ilə həll olunmalıdır. Biz addım atmasaq, qısa müddətdə ekskalasiya baş verəcək, vəziyyət gərginləşəcək. ATƏT bütün imkanlarından istifadə edəcək ki, gələcək sülhün bünövrəsi yaransın. Əlimizdə əvvəldən müəyyən sənədlər var, biz o sənədlərin əsasında addımlar atmalıyıq. Azərbaycan və Ermənistan da  münaqişənin həlli üçün səy göstərməlidir”.  
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info