Milix Yevdayevin “Jewish Journal” qəzetində Azərbaycandakı yəhudilər haqqında məqaləsi dərc edilib
Tarix: 30.06.2016 | Saat: 18:49:00 | E-mail | Çapa göndər


Birləşmiş Ştatların nüfuzlu “Jewish Journal” qəzetində Bakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayevin “Müsəlman torpağında yəhudi parlamentariləri” sərlövhəli məqaləsi dərc edilib. Məqalədə Birləşmiş Ştatlarda artan antisemitizm problemindən və qeyri-tolerant şəxslərin amerikalı yəhudilərə hücumlarından yazır. “Anti-Defamation League”in hesabatına görə, 2015-ci ildə ABŞ-da yəhudilərə fiziki və virtual hücumların sayı ondan əvvəlki illə müqayisədə 3 faiz çoxalıb. M.Yevdayev qeyd edir ki, səbəbindən asılı olmayaraq, yəhudilərə qarşı tolerantlığın zəifləməsi narahatlıq doğurur. O vurğulayır ki, bu cür hal əhalinin əksər hissəsinin müsəlmanlardan ibarət olduğu Azərbaycanda heç vaxt baş verə bilməz.
Siyasi arenada tolerantlıqdan yazan müəllif bildirir ki, həm Azərbaycan Xalq Cümhuriyyəti və sovet dövründə, həm də Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra yəhudi millətinin nümayəndələri burada yüksək vəzifələri tutublar. Cümhuriyyət dövründə yəhudilər Azərbaycan parlamentinə seçiliblər. Yəhudi Yevsey Gindes 1920-ci ildə bolşevik işğalına qədər cümhuriyyətin səhiyyə naziri olub. Sovet dövründə digər respublikalardan xeyli sayda yəhudi Azərbaycana məhz buradakı tolerantlıq mühitinə görə gəlib. Tolerantlıq ənənələri 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra da davam edib. Müəllif yazır ki, Heydər Əliyev Prezident seçiləndən sonra dini və etnik tolerantlıq dövlət siyasətinin mühüm hissəsinə çevrilib və hazırda Prezident İlham Əliyev tərəfindən daha da möhkəmləndirilib.
M.Yevdayev daha sonra məqalədə Milli Məclisin deputatı Dağ Yəhudiləri İcmasının üzvü və 2005-ci ildən parlamentdə 53-cü Quba-Qusar seçki dairəsinin seçicilərini təmsil edən Yevda Abramov haqqında məlumat verib. O qeyd edib ki, Qırmızı Qəsəbənin əsası 1742-ci ildə Quba xanı Hüseynqulu xan tərəfindən qoyulub. Y.Abramov Qırmızı Qəsəbədə doğulub və iki dəfə Milli Məclisə deputat seçilib. O, Milli Məclisdə insan hüquqları komitəsi sədrinin müavini və Azərbaycan-İsrail parlamentlərarası dostluq qrupunun rəhbəridir. Müəllif yazır ki, Y.Abramov Azərbaycanla müttəfiqləri arasında münasibətlərin inkişafı istiqamətində fəal çalışır və bununla bağlı müxtəlif ölkələrdə, o cümlədən İsrail, Fransa, İtaliya, ABŞ, Avropa və Yaxın Şərqin digər ölkələrində olub.
Müəllif məqalənin sonunda müxtəlif millətlərin nümayəndələri arasında qarşılıqlı əlaqələrin əhəmiyyətini, tolerantlığın və sülhün vacibliyini qeyd edir.




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
ABŞ-na avtomobil rüsumu ilə bağlı xəbərdarlıq
18.02.2019
Akkoç: “Türkiyə – Azərbaycan qardaşlığı və dostluğu əbədidir”
18.02.2019
“Vergi Ombudsmanı institutunun yaradılması vergi sistemində şəffaflığı artıracaq”
18.02.2019
“Moskvadakı insident, Rusiyada yaşayan iki nüfuzlu qardaş xalqın arasını vurmaq cəhdi idi”
17.02.2019
Qubadakı Qırmızı qəsəbədə ölkənizdəki tolerantlığın əyani şahidi olduq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10602

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info