“Azərbaycan Cənubi Qafqazda güclü oyunçudur”
Tarix: 30.06.2016 | Saat: 20:42:00 | E-mail | Çapa göndər


"ATƏT həmişə bilib ki, Qarabağ münaqişəsi təhlükəlidir. Münaqişənin gələcəyi ilə bağlı heç nə sığorta olunmayıb. Biz stabilləşməsi ilə bağlı nəticəyə gəlməli, regionda sülh yaratmalıyıq". 
Bunu ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri  Frank Valter Ştaynmayer Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib. 
O bildlrib ki, atəşkəs rejiminin möhkəmlənməsi üçün lazımı tədbirlər görüləcək.
"Aprel hadisələrindən sonra bizə kompromis və təkliflər daha çox lazımdı. İstəyirik ki, münaqişə konstruktiv şəkildə həll olunsun. Münaqişəni həll etmək üçün prezidentlərin görüş imkanlarından istifadə etməli, atəşkəsin bərpası və saxlanması üçün ciddi müzakirələr aparmalıyıq. ATƏT həmsədrləri münaqişənin həlli ilə məşğuldurlar və münaqişənin həllini istəyirlər. Bu məsələdə aktiv olmalıyıq. İstəyirik münaqişənin həlli istiqamətində danışıqlar aparılsın və bu, davamlı olsun. Hazırkı irəliləyişlərdən istifadə etməliyik. Yalnız ATƏT deyil, region çərçivəsində də danışıqlar olmalıdır. "Status kvo" qəbuledilməzdir, bunu gözardı etməməliyik. ATƏT-in bölgədə rolu yüksəkdir. Aprel əməliyyatları göstərdi ki, ATƏT-in rolu vacibdir. Biz ən əsası atəşkəsə nail olmuşuq.. Çalışacağıq ki, bunun ardınca həllə nail olaq", - deyə Ştaynmayer qeyd edib.
 
Azərbaycanla münasibətlərə toxunan nazir köhnə alman kəndlərinin bərpası barədə Azərbycandan məktub aldığını bildirib: "Təşəkkür edirəm k, Azərbaycan bu kəndlərin bərpası üçün aktivlik göstərir. Biz bu məsələdə birlikdə çalışacağıq".
 
O, Azərbaycanın Cənubi Qafqaz regionunda güclü oyunçu adlandırıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info