Azərbaycan yüksək gərginlikli kabellərin istehsalına başlayıb
Tarix: 30.06.2016 | Saat: 21:59:00 | E-mail | Çapa göndər


Sumqayıt Texnologiyalar Parkının (STP) Kabel Zavodu Azərbaycanın sənaye tarixində yeni bir səhifə açıb.
Bu barədə Trend STP-yə istinadən məlumat verir.Texnoparkın müəssisələri içərisində gələcəyin istehsal sahəsi sayılan zavod ifrat yüksək gərginlikli 500 kV kabelin istehsalına başlayıb. Təməli 22 dekabr 2009-cu ildə qoyulan 125 metrlik qüllə artıq texniki olaraq istifadəyə verilib və sınaq üçün məhsul istehsalı həyata keçirilib.Azərbaycan tarixində daha bir ilkə imza atan STP-nin Kabel Zavodunun direktoru Adıgözəl Rəhmanov istehsalla bağlı fikirlərini bildirib: “Müəssisəmizdə Almaniya istehsalı olan avadanlıqlar quraşdırılıb. İndiyə qədər 10, 35, 110, 220 kV-lıq kabellərin istehsalını həyata keçirmişdik. Ancaq bu gün Kabel Zavodu tarixi bir işə imza atıb. Azərbaycanın sənaye tarixində ilk dəfə olaraq 500 kV-lıq ifrat yüksək gərginlikli kabel istehsal edilib”.
İlk istehsalın test xarakterli olduğunu bildirən A.Rəhmanov Kabel Zavodunun gələcəklə bağlı planlarını da açıqlayıb: “İlk olaraq ümumi uzunluğu 1 km olan 500 KV-lıq kabel istehsal etdik. Bu sınaq xarakterli idi. Növbəti mərhələdə bu kabeli bazara çıxarmaq üçün Avropa standartlarına cavab verdiyini təsdiqləyən sertifikat almalıyıq. Bunun üçün yaxın günlərdə beynəlxalq sertifikatlaşdırma labaratoriyalarından birinə müraciət edəcəyik. Bir il ərzində məhsulumuz sınaqlardan keçiriləcək. Bütün parametrlərə və keyfiyyət göstəricilərinə cavab verdiyi təsdiqlənsə, lazımi sertifikatı əldə edəcəyik."
A.Rəhmanov heç bir problemlə qarşılaşmayacaqlarına əmin olduğunu deyib: "İstehsal prosesində istifadə olunan avadanlıqlar ən son texnologiyalara cavab verir. Lazımi xammal Avropanın tanınmış markalarının məhsullarıdır. Sevindirici haldır ki, bu kabelin istehsal prosesini həyata keçirən şəxslərin hamısı yerli mütəxəssislərdir. Bu da gələcəkdə STP əməkdaşlarının daha böyük işlərə imza atacağından xəbər verir."
Direktor qeyd edib ki, ölkəmizin qeyri-neft sektorunun əsas istehsal sahələrindən biri olan STP-nin Kabel Zavodu regionun ən iri kabel istehsalçısıdır: "Həm daxili, həm də xarici bazarlarda öz məhsullarının satışını həyata keçirən texnopark yaxın zamanda yeni məhsulunu bazara çıxarmağı hədəf seçib. Qeyd etdiyim kimi, sertifikat əldə etdikdən sonra məhsulumuzu bazara çıxardacağıq. Hədəfdə ham daxili, həm də xarici bazarlar var. Çünki bu məhsula çox böyük ehtiyac var. 500 kV ifrat yüksək gərginlikli kabellər nə MDB ölkələrində, nə qonşu İran və Türkiyədə, nə də Yaxın Şərq ölkələrində var”.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Gələcəyin iqtisadiyyatı: peyk müşahidəsi ixrac potensialını yüksəldəcək
19.11.2018
Doqquz ayda Azərbaycanda 94,5 min daimi iş yerləri açılıb
19.11.2018
Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzvlük Azərbaycan üçün yeni imkanlar deməkdir
19.11.2018
Lukaşenko: “Bizim münasibətlərimizdə heç vaxt qapalı mövzu olmayacaq”
19.11.2018
Son 15 ildə Azərbaycanda 2 milyona yaxın yeni iş yeri yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info