Multikultural dəyərlər dünyanın “immun sistemi”nin möhkəmləndirilməsində başlıca təminatdır
Tarix: 01.07.2016 | Saat: 00:48:00 | E-mail | Çapa göndər


Azərbaycanda müxtəlif mədəniyyətlərə, dinlərə açıq olan mühitin formalaşması və bu mühitə digər mədəniyyətlərin uğurlu inteqrasiyası uzun əsrlərə söykənən tarixi köklərə malikdir. Ayrı-ayrı mədəniyyətlərə malik etnosların əsrlər boyu sülh şəraitində yaşamasında, etnik-mədəni müxtəlifliyin qorunub saxlanılmasında xalqımıza xas olan humanizmin və multikultural dəyərlərin böyük əhəmiyyəti var.
Mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun təşviq olunması sahəsində xüsusi siyasi iradə nümayiş etdirən ölkə Prezidenti cənab İlham Əliyev məhz bu amillərə əsaslanaraq bildirmişdir ki, “Multikulturalizm Azərbaycan xalqına tarixən xas olan dəyərdir”.
Azərbaycanda multikulturalizm siyasətinin əsaslarını qoyan ümummilli lider Heydər Əliyev deyirdi: "Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir". Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyevin müəllifi olduğu Konstitusiyamızın "Dövlət dili" haqqında, (maddə 21, bənd 2), "Bərabərlik hüququ" haqqında (maddə 25, bənd 3), "Milli mənsubiyyət hüququ" haqqında (maddə 44, bəndlər 1, 2), "Ana dilindən istifadə hüququ" haqqında (maddə 45, bəndlər 1, 2) da öz əksini tapmış qanunlar demokratik və hüquqi dövlət quruculuğunun mühüm istiqamətlərini təşkil edir. Dövlətimiz irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir.
Bu baxımdan, qeyd etmək yerinə düşərdi ki, mədəniyyətlər arasında dialoqun inkişaf etdirilməsi məqsədilə mühüm işlər görülüb, ölkəmiz, sözün əsl mənasında “Sülh məkanı”na çevrilib. Belə ki, nəhəng silsilə tədbirləri əhatə edən "Bakı prosesi" xalqımızın multikulturalizm sahəsində ən yüksək dəyərlərə malik olduğunu bir daha dünyaya nümayiş etdirdi.
"Bakı prosesi" çərçivəsində 2008-ci il 2-3 dekabr tarixində Bakıda Avropa və ona qonşu regionların mədəniyyət nazirlərinin "Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır" mövzusunda keçirilmiş konfrans, 2009-cu ildə Bakıda İslam ölkələrinin mədəniyyət nazirlərinin VI konfransı (Azərbaycanın təşəbbüsü ilə bu konfransa İslam ölkələri ilə yanaşı, 10-dan çox Avropa dövlətinin təmsilçisi də dəvət olunmuşdu) sülhün və əmin-amanlığın təmin edilməsində, bir sözlə, dünyanın “immun sisteminin” möhkəmləndirilməsində misilsiz əhəmiyyətə malikdir.
Bu prosesin davamı olaraq Prezident İlham Əliyevin müvafiq fərmanı ilə hər iki ildən bir keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu (I Forum 7-9 aprel, 2011; II Forum- 29 may - 01 iyun, 2013; III Forum -18- 19 may, 2015), 2010-cu ilin 26- 27 aprel tarixlərində keçirilmiş Dünya dini Liderlərinin Sammitini, 2011-ci ildən indiyədək keçirilmiş dörd Beynəlxalq Humanitar Forumu (2011, 2012, 2013 və 2014) beynəlxalq həmrəyliyin möhkəmləndirilməsi və multikulturalizmin inkişafına misilsiz töhfə hesab etmək olar.
Prezident İlham Əliyevin 2016-cı ili ölkəmizdə “Multikulturalizm ili” elan etməsi ölkənin müxtəlif elmi-pedaqoji, siyasi-ictimai qurumları ilə yanaşı müxtəlif xalqlara məxsus fərqli mədəniyyətləri təmsil edən tələbə kontingentinin birgə təhsil aldığı Qafqaz Universiteti qarşısında da mühüm ictimai və mənəvi vəzifələr qoyur. Bu vəzifələrin uğurla həyata keçirilməsi hər birimizin ümumi vətənimiz olan Azərbaycan qarşısında şərəf və məsuliyyət hissini dərk etməyimizlə şərtlənir.
Qafqaz Universiteti hər zaman multikultural dəyərlərin təbliğinə xüsusi önəm vermiş və bu məsələyə həssaslıqla yanaşıb. Hər çağırışda olduğu kimi, Prezidentimizin multikulturalizm çağırışına da Qafqaz Universiteti ən yüksək səviyyədə qoşulub, universitetimizdə 2016-cı ildə multikulturalizm ilə əlaqəli çox sayda tədbir hazırlanıb. Belə tədbirlər sırasında- "Multikultural Milli Mənəvi Dəyərlər və Gənclik”, “VIII Beynəlxalq Gənclik və Multikulturalizm Festivalı”nı qeyd etmək yerinə düşərdi.
Bu baxımdan, Qafqaz Universiteti multikultural dəyərlərin daşıyıcıları olan tələbə - gənclərin fəaliyyətini daim diqqətdə saxlayır, bu məqsədlə istər dil, istər təhsil və elmi fəaliyyət, istərsə də mədəniyyət sahəsində tarazlığın qorunmasına xüsusi önəm verir. Geniş proqramı əhatə edən tədbirlər zamanı 27 fərqli ölkədən olan tələbələrin iştirakına, onların öz milli mədəniyyətlərini nümayiş etdirmələrinə, eyni zamanda Azərbaycan etno mədəniyyətinin təbliğinə də şərait yaradılır.
Ulu öndərin başlıca tövsiyələrindən olan multikultural ənənələrin inkişaf etdirilməsi insanların yaddaşında hümanist dünyagörüşün formalaşması, gənc nəslin yüksək mənəvi dəyərlər əsasında tərbiyə olunmasında mühüm əhəmiyyət kəsb edir. Artıq 8 ildir böyük təntənə ilə qeyd edilən bu festival Qafqaz Universitetinin çöxmillətli tələbə və müəllim heyətinin sülh və dostluq bayramına çevrilib. Bir çox ölkələrin səfirliklərinin nümayəndələrinin, eləcə də dövlət və elm xadimlərinin iştirak etdiyi “VIII Beynəlxalq Gənclik və Multikulturalizm Festivalı”nda universitetin özfəaliyyət dərnəkləri bir-birindən maraqlı çıxışlar nümayiş etdirdilər. Azərbaycanda təhsil alan xarici tələbələr də öz ölkələrinin stendlərini quraraq milli mətbəx, geyim və digər mədəniyyət nümunələrini nümayiş etdirdilər.
2011-ci ildə keçirilmiş Bakı Beynəlxalq Humanitar Forumunda YUNESKO-nun sabiq Baş katibi Koitiro Mautsuura öz çıxışında qeyd edib ki, “Multikulturalizmi inkişaf etdirmək üçün milli meyillə beynəlxalq meyil bir-birinə müvafiq olmalıdır”. ABŞ-dakı Simon Vizental Mərkəzinin rəhbərinin müavini, tanınmış ravvin Abraham Kuper də ölkəmizdə qonaq olarkən bildirdi ki, “Azərbaycan dünyaya ixrac üçün olduqca qiymətli sərvətə - tolerant və multikultural dəyərlərə malikdir”.
Azərbaycada multikultural ənənələr dərin tarixi köklərə malik olsa da, bu yalnız ümummilli lider Heydər Əliyev tərəfindən dövlət siyasətinin bir hissəsinə çevrilib. Bu gün ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında multikulturalizm özünün yeni inkişaf mərhələsini yaşayır. Ölkəmizdə multikulturalizmlə bağlı keçirilən bütün tədbirlərin başlıca məqsədi müxtəlif mədəniyyətlərin inkişafına, dözümlülüyə və sülhün təmin edilməsinə xidmət edir.
Bu gün fəxrlə qeyd etmək olar ki, bu sərvətin gündən-günə çoxalması xalqımızın mənəvi zənginliyindən doğan multikultural dəyərlərin daha da şaxələnməsini təmin edir və beynəlxalq aləmdə müasir imicinin formalaşmasında müstəsna rol oynayır.
Turac Məmmədova
Qafqaz Universitetinin ictimaiyyətlə əlaqələr prorektorluğunun mütəxəssisi




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10142

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info