Toni Adams “Arsenal”dan təklif alıb
Tarix: 01.07.2016 | Saat: 00:52:00 | E-mail | Çapa göndər


“Qəbələ” klubunun futbol direktoru Toni Adams Azərbaycanı tərk edə bilər. Britaniya mətbuatı xəbər verir ki, əfsanəvi futbolçu doğma klubu “Arsenal”dan təklif alıb. Belə ki, Adamsla danışıqlara başlayan londonlular ona klubun 18 yaşadək futbolçulardan ibarət komandasını çalışdırmağı təklif ediblər.
“Topçular” İngiltərə yığmasının sabiq üzvünün geri qayıdacağına və keçmiş komanda yoldaşı Tyerri Anri ilə birgə işləməyə razı olacağına inanırlar. Hələ ki, tərəflər arasında razılıq əldə olunmayıb. Bir müddət öncə adı Danimarkanın “Brondbü” klubu ilə birgə hallanan Adamsın hansı qərar verəcəyi maraqla gözlənilir. Qeyd edək ki, məşqçilik karyerasına 2003-cü ildə başlayan Toni Adams bu vaxta qədər “Uikomb Uanderers” (2003-2004), “Portsmut” (2008-2009) və “Qəbələ” (2010-2011) klublarını çalışdırıb.




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
“Qalatasaray” komandası Çexiya klubunun futbolçusunu heyətinə cəlb edib
18.01.2019
Pentek “Milan”la müqaviləni razılaşdırıb
17.01.2019
Kişilər arasında şahmat üzrə Azərbaycan çempionatı davam edir
17.01.2019
Kriştianu Ronaldo: “İbrahimoviç mənim paxıllığımı çəkir”
17.01.2019
“Yuventus“ səkkizinci dəfə İtaliya Super kubokunun qalibi olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info