İstanbulda terroru kim törədib?
Tarix: 01.07.2016 | Saat: 01:04:00 | E-mail | Çapa göndər


İyunun 28-də Türkiyə növbəti dəfə terrorçuların hədəfinə tuş gəldi. Belə ki, İstanbulun Atatürk Hava Limanında 4 kamikadzenin törətdiyi terrorda 42 nəfər ölüb, 239 nəfər isə yaralanıb.
Terrorçular taksi ilə hava limanına gəlib və bir polisə atəş açmaqla hücuma başlayıblar. İki gün idi ki, terrorçuların şəxsiyyətləri müəyyənləşdirilirdi. Türkiyənin hüquq-mühafizə orqanları İstanbulda 16 ünvanda eyni anda əməliyyat keçirib. Tutulan 13 nəfərdən 3-nün əcnəbi olduğu bildirilirdi. Artıq partlayış törədən terrorçuların kimliyi və hansı ölkə vətəndaşları olduğu müəyyənləşib. “Milliyet”in verdiyi xəbərə görə, terrorçulardan biri Dağıstan sakini olan Rusiya vətəndaşıdır. Digər iki terrorçunun isə Qırğızıstan və Özbəkistan vətəndaşı olduğu məlum olub. Bu arada İstanbulda baş verən terror aktı ilə bağlı yeni təfərrüatlar bəlli olub. Milli.az-ın xəbərinə görə, Rusiya, Özbəkistan və Qırğızıstan vətəndaşları olan 3 "canlı bomba"nın əsas məqsədi hava limanında partlayış törətmək deyilmiş. Onların əvvəlcədən hazırlanmış təfərrüatlı planları vardı. “İŞİD” İstanbulda terakt törətmək üçün Suriyanın Rəqqa şəhərindən İstanbula 3 dəstə yollayıb.
İstanbul polisi bu barədə iki həftə əvvəl operativ məlumatlar əldə edib. Rəqqadan göndərilmiş Rusiya vətəndaşları, çeçenlər Bekham Alim H. və Zelimhan H., habelə Türkiyə vətəndaşı Fuat G. Pendik və Başakşehir şəhərlərində keçirilmiş xüsusi əməliyyatlar zamanı, iyunun 18-də tutulublar. Onlar “İŞİD”-in yolladığı "Birinci dəstə" idilər. Terrorçuların qaldıqları mənzildə "canlı bomba" qurşağı, avtomatlar və tapançalar, partladıcı maddələr tapılıb. Bu dəstə İstanbulda keçirilən LGBT mitinqi əsnasında Taksim meydanında partlayış törətməli idi.
Ertəsi gün Mersin şəhərində “İŞİD”-in İstanbulda teraktlar keçirmək üçün yolladığı "İkinci dəstə" zərərsizləşdirilib. Özlərini yol təmirində çalışan iki fəhlə kimi qələmə verən “İŞİD” terrorçuları Tartus istiqamətindən İstanbula girmişdilər. Mersindəki əməliyyat zamanı “İŞİD” üzvü olan 2 İraq vətəndaşı tutuldu. Onlar "canlı bomba"lardılar. Daha sonra Sancaktepedə 6 nəfər tutulub.
"Üçüncü dəstə"dəki 3 nəfər isə İstanbuldakı Atatürk Hava Limanına yollanıb, beynəlxalq uçuşlar terminalına üz tutub. Dəstənin daha iki üzvü isə limanın ərazisindəki avtomobil dayanacığına gedib. Dayanacaqdakı terrorçulardan birini polis saxlamağa çalışanda o, özünü partladıb.
"Üçüncü dəstə"dəki terrorçuların məqsədi beynəlxalq uçuşlar terminalının D və C bölümlərindəki sərnişinləri atışma və partlayışlarla məhv etmək olub.
Fuad




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info