Brekzitdən sonra “Çexzit” olacaq?
Tarix: 01.07.2016 | Saat: 01:06:00 | E-mail | Çapa göndər


Avropa çalxalanır. Bəzi ölkələrin həsrətlə can atdığı Avropa Birliyi təşkilatı da, deyəsən, tənəzzül dövrünü yaşamaqdadır. Bu təşkilata üzv olan ölkələrdə artıq fikirlər də haçalanmaqdadır. Təşkilat, belə görünür ki, artıq nüfuzunu itirməkdədir. Avropanın nüfuzlu onlayn nəşrlərindən birində, Çexiyanın “aktualne.cz” saytında dərc edilmiş bir yazı xarakterinə görə Avropada baş verənlərlə səsləşməkdədir. Yazıda deyilir ki, tarixi referendumdan sonra Böyük Britaniya əhalisinin 51, 9 faizi Avropa Birliyindən çıxmaq qərarı verdi:” “Buna rəğmən Avropada II Dünya müharibəsinin külü üzərində közərti ortaya çıxmağa başlamaqdadır. Müharibə dəhşətlərinin qarşısını almaq fövqündə Avropa Birliy ilk dəfə olaraq əsas üzvlərini itirir.
Suriyada baş verən hadisələr və Avropaya köç edən qaçqınların artımı ilə yanaşı, bu regionda Putinin də təsiri artmaqdadır.
Rusiyanın dezinformasiya kampaniyası Avropanın islamçılar tərəfindən zəbti barədə təbliğatdan məharətlə yararlanaraq, bu ərazilərə ayaq açan qorxudan istifadə edir.
Avropada ultra-mühafizəkar Rusiya partiyalarının təsiri artır və bu prosesə amansız miqrasiya böhranı tərəfindən yardım edilir. Qeyd edilməlidir ki, bu proses Böyük Britaniyanın Avropa Birliyini tərk etmək qərarı verdikdən sonra, daha da pis görkəm almaqdadır.
Avropanın birləşməsi üçün əsas nəticələrdən biri olan Şengen zonası da artıq təhlükə altındadır.
Yaranmış vəziyyətdə bir çox sağçı partiyalar Avropaya köç edən miqrantlara nəzarət və qondarma "islamlaşma" barədə xəbərdarlıq zəngi çalmaqdadırlar. Lakin unutmaq lazım deyil ki, bütün bunlar zaman məsələsidir. Hazırda öz milli parlamentlərində bu barədə çağırış edənlərin, nə vaxtsa Avropa Birliyində də, bu məsələni qabardacağı görünür. Məhz baş verənlər fövqündə Putin siyasəti Avropada rəğbət qazanmağa başlayıb. Artıq bir neçə ildir ki, Vladimir Putinin dünyada asayişin qorunmasında, xristian irsinin rolunun genişlənməsindəki xidmətləri xüsusi olaraq vurğulanır. Rusiya patriarxının mövqeyi dünyada Roma papasının mövqeyi səviyyəsində tutulur.
Fransa «Milli Cəbhəsi»nin lideri Marin Le Pen Putinin bu məziyyətlərinə rəğmən, onu «Avropanın təbii müttəfiqi» kimi qələmə verir. Qeyd edək ki, Brekzit barədə şərh verən Le Pen Fransa və digər Avropa Birliyi ölkələrinin də referendum keçirərək, bu təşkilatdan çıxmasının vacibliyi barədə fikir söyləyənlərdəndir.
Maraqlı məqamlardan biri də budur ki, Çexiyanın Baş naziri Boquslav Sobotka da ölkəsinin Avropa Birliyindən çıxacağı təqdirdə Rusiyaya üz tutacağı barədə xəbərdarlıqlar edib. Böyük Britaniya Avropa Birliyindən qopduqdan sonra, Çexiyada Baş nazirə dəstək olanların sayında da çoxalmalar müşahidə edilməkdədir. Xatırladaq ki, hələ ötən ilin oktyabrında STEM sorğu mərkəzinin apardığı araşdırmalara görə, Çexiya əhalisinin hər beş nəfərindən ikisi ölkəsinin Avropa Birliyində qalmasının lehinə səs vermişdi. Ümumiləkdə isə Çexiya əhalisini 62 faizi ölkəsinin bu təşkilatdan ayrılması lehinə səs vermişdi.”
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb
24.09.2018
Şoyqu açıqladı: Rusiya Suriyaya S-300 kompleksləri göndərir
24.09.2018
Stokholmda Azərbaycan tədris kursları açılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info