Fransada yeni terror qorxusu
Tarix: 01.07.2016 | Saat: 01:07:00 | E-mail | Çapa göndər


Silahlı polis terror təhlükəsinə görə ölkə çimərliklərində
keşik çəkir


Fransa tətil mövsümü təhlükəsizliyini gücləndirmək üçün təhlükəsizlik qüvvələrinə silah gəzdirməyə və qoruyucu jilet geyinməyə icazə verib. Bu barədə “The Guardian” yazır. Qeyd edilir ki, fransız istirahət mərkəzlərinə gələcək turistlər bu mövsümdə çimərliklərdə silahlı polis patrullarını görəcəklər, çünki ölkə yay tətilləri ilə bağlı olaraq təhlükəsizlik tədbirləri görməyə qərar verib.
Bu, gözlənilən terror təhlükələri ilə bağlıdır. Bu qərara iki silahsız fransız polisinin iki həftə öncə Parisdə öz evlərinin qarşısında öldürülməsindən sonra gəlinib. Bu barədə məsuliyyəti “İŞİD” terror təşkilatı öz üzərinə götürüb və bundan sonra Fransada güc strukturları nümayəndələrinin iş saatlarından sonra silah gəzdirmələrinin önəmi ilə bağlı müzakirələr başlayıb. Fransa, noyabrda baş vermiş və 130 nəfərin öldürülməsilə nəticələnmiş terror hücumlarından sonra terror baş vermə ehtimalı güclü olan ölkələrdən biri kimi qalmaqdadır. Sahilyanı istirahət mərkəzləri ilə bağlı narahatlıqlar da artmaqdadır, çünki ötən il Tunis istirahət mərkəzi olan “Port El Kantaoui”də baş verən terrordan sonra bu məsələyə diqqət artıb. Fransa polisindən bildiriblər ki, real terror gözləntiləri olmasa da, ümumilikdə təhlükəsizliyi təmin etmək üçün güc strukturlarının fəaliyyətini daha da gücləndiriblər: “Bu il ilk dəfədir ki, bu polis nümayəndələri bu cür silahlanırlar”. Fransada polis olmağın təhlükəliliyi və onların terrorçular üçün əsas potensial hədəflərdən olmaları ilə bağlı deyilənlərə münasibət bildirən Fransa polisi sözçüsü isə qeyd edib ki, polislər özlərinin zirehli geyim, köynək və silahları ilə təchiz edildikləri halda, hər şey normal olacaq: “Biz bu gün görə bilərik ki, polislər terrorçuların hədəfindədir, amma bu cür təchiz olunan polis silahlı terror hücumuna cavab verməyə hazırdır. Belə bir hal hər kəs üçün optimaldır. Bu o deməkdir ki, çimərlikdə olanları qoruyacaq, terrora qarşı hazır insanlarımız var. Çimərliklərdə dincələnlər ağır silahlanmış polis yox, cangüdənləri görmüş olacaqlar”.
O da qeyd edilir ki, Fransa istirahət mərkəzlərini qoruyan polislərin sayı, “Avro 2016” kimi tədbirlərdə patrulluğa görə azalıb və 460 nəfərdən 297-yə enib.
İ.AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
23.04.2019
Şri-Lankada törədilən terror aktlarında həlak olan xarici ölkə vətəndaşları
23.04.2019
Kanadada Hous Pik zirvəsində həlak olan 3 alpinistin cəsədləri tapılıb
22.04.2019
Dmitri Peskov: Putinin Zelenski ilə əməkdaşlığından danışmaq hələ tezdir
22.04.2019
“Aeroflot” Böyük Vətən Müharibəsi veteranlarına pulsuz aviabilet verəcək
22.04.2019
Şri-Lankada daha bir partlayış törədilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info