Ölkələrin turizm siyasəti necədir?
Tarix: 01.07.2016 | Saat: 01:12:00 | E-mail | Çapa göndər


Yay turizm mövsümü başladı. Bir çox ölkələr terror hücumları səbəbi ilə çətin bir mövsüm keçirir. Yaşanan gərginliklərlə bağlı turistlərin sayında ciddi eniş müşahidə edilir. Turizmçilər, mövcud böhranı fərqli yollarla aşmağa çalışırlar.

Türkiyə, son dövrdəki terror hücumları və Rusiya ilə münasibətlərlə bağlı turizmdə çətin bir mövsüm yaşayır. Ölkəyə gələn xarici turistlərin sayı yanvar ayından bu yana enməkdədir. İlin ilk üç ayında Türkiyəyə gələn xarici ziyarətçi sayı 10,3 faiz azalmaqla 4 milyon oldu. Aprel ayında gələn xarici ziyarətçi sayı isə 28 faiz enişlə 1 milyon 700 minə endi. Sektorda eniş meyli, mövsümün başladığı iyun ayı etibarilə də davam edir. Turizmin paytaxtı sayılan Antalyaya iyun ayının ilk iki həftəsi ərzində gələn turist sayı, keçən ilin eyni dövrünə görə 58,7 faiz az olub. Turizmcilərin tapdığı bir digər çıxış nöqtəsi isə bu sektorda Qərbi Avropa yerinə, Yaxın Şərq bazarına yönəlməkdir. Çünki Yaxın Şərq ölkələrinin Türkiyəyə olan marağı hələ davam edir. Ərəb turistin İstanbul kimi böyük şəhərlər xaricində Şərqi Qara dənizə yönələn marağı son iki ildə sürətlə artdı.
Rusiyada bir sıra sahələrdə olan problem turizm sektoruna da təsir edib. İqtisadi böhran bir çox tur operatorunu iflasa uğratdı. Buna son aylarda Türkiyə və Misirə tur təşkil edən şirkətlər də əlavə olundu. Rus turistlər üçün məhdud qalan seçimlər zamanla böyük şəhərlərdə də özlərini göstərir. Hər il dünyanın müxtəlif ölkələrinə milyonlarla turist göndərən Rusiya bir destinasiya olaraq çox da məşhur deyil. 2014-cü ildə 2,5 milyon turisti qəbul edən Rusiya, 2015-ci ildə üç milyondan çox ziyarətçi qazandı. Ancaq Avropa ölkələrilə müqayisədə bu səviyyə hələ çox aşağıdır. Rublun dəyər itkisinə məruz qalması, ölkəni xarici turistlər üçün cazibədar hala gətirdiyi görünsə də, mövcud infrastruktur əskikliyi ölkənin turizmdə inkişafına maneə törədir.

Yunanıstan
rus turistlərə yönəldi

Turizm gəlirləri Yunanıstan üçün böyük əhəmiyyət daşıyır. İldə ortalama 20 milyona yaxın turistin ziyarət etdiyi ölkədə paytaxt Afinanı ziyarət edən turist sayı illik 6 milyondan çoxdur. Digər əhəmiyyətli turizm ünvanları isə sahilləri və təbii gözəllikləri ilə məşhur Yunan adalarıdır. Ancaq Yunanıstan dağ turizmi, qış turizmi, inanc turizmi kimi bir çox imkana da sahibdir. Təxminən 650 min adamın çalışdığı turizm sektoru Yunanıstanın ÜDM-nin 15 faizini təşkil edir. İş gücünün 16,5 faizinin çalışdığı sektor, iqtisadiyyatın canlanması üçün də mühüm amildir. Yunanıstan turizm gəlirlərini artıra bilmək üçün Çin, Rusiya kimi böyük bazarlara açılmağı ümid edir. Xarici siyasətini da bu çərçivədə qurmağa çalışır.
Çin bu məzmunda ən çox diqqətçəkən ölkələrin başında gəlir. Çinlə edilən ikitərəfli görüşlər Yunanıstan turizm mövzusunda əməkdaşlıq imkanlarını artırmağı hədəfləyir. Baş nazir Aleksis Çiprasın iyul ayında reallaşdıracağı Çin səfəri də bu baxımdan böyük əhəmiyyət daşıyır. Rusiya da Yunanıstanın turist çəkməyə çalışdığı ölkələrin başında gəlir. Ortodoks şəxsiyyətə sahib olan rus turistlərin yaz turizmi qədər, inanc turizmi üçün də Yunanıstanı seçməsi nəzərdə tutulur. Bu il Yunanıstanı ziyarət edəcək rus turist sayının 1 milyona çatması gözlənilir.

Albaniya turizm
potensialını yeni kəşf edir

Adriatik dənizi sahillərində yer alan Albaniya mövqeyi etibarı ilə turizmə uyğun bir ölkədir. Dəniz turizmi ilə yanaşı, dağ turizmi və mədəniyyət turizmi də əhəmiyyətli bir potensiala sahibdir. Zəngin təbiəti və 476 kilometr sahil zolağı ilə Albaniya son illərdə Balkanlar turizminin yüksələn destinasiyası olaraq görülür. Ölkədə son zamanlarda sektora böyük investisiya qoyulur. Xüsusilə cənub bölgəsindəki antik şəhərlər və sahil qəsəbələri bütün dünyadan turist cəlb edir.
Son illərdə qurulan infrastruktur və yolların yenidən inşası başda Kosovo olmaq üzrə ətraf ölkələrdən də Albaniyaya gələn turist sayını artırır. 2011-ci ildən 2015-ci ilə qədərki müddətdə Albaniyanın turizm potensialı 98 faiz nisbətində artdı. 2015-ci ildə Albaniyada yalnız Kosovo sərhədindən 3 milyondan çox avtomobil keçib. Bu, demək olar ki, Kosovo əhalisinin iki qatıdır. Dünya Turizm Təşkilatının məlumatlarına görə, Albaniya ÜDM-inin 13 faizini turizm gəlirləri təşkil edir. Sektorda təxminən 50 min adam çalışır. Ümumilikdə 7 faiz bu sektorda çalışır. Albaniya Mərkəz Bankının məlumatlarına görə, 2015-ci ildə Albaniya turizmdən 1,3 milyard avro gəlir əldə edib. Ancaq Albaniya lüks hotellərə sahib deyil. Bu səbəblə qısamüddətli səfərlərə üstünlük verilir.

Makedoniya potensialını artırmaq istəyir
Sahib olduğu mədəni zənginliyi, təbii gözəllikləri və iqlimi ilə Makedoniya həm yaz, həm də qış turizmi baxımından Balkan ölkələrində ulduzu parlayan ölkələr arasında göstərilir. Daha çox tarixi əsərlərlə ön plan çıxan Skopye, son illərdə inşa edilən arxitektura və heykəllərlə yeni bir imic qazanıb. Ölkə turizm gəlirinin böyük hissəsini xarici turistlərdən təmin edir. Makedoniyaya ən çox bölgə ölkələri ABŞ, Almaniya və Hollandiyadan turist gələrkən, ölkə vətəndaşlarının tətil üçün ilk seçim etdiyi ölkə Yunanıstandır. Xüsusilə son illərdə Türkiyədən Makedoniyaya gələn turist sayında bir artım müşahidə edilir. Makedoniyanı ziyarət edən turist sayı da hər il artır. 2016-cı ilin ilk üç ayında turist sayı keçən ilin eyni dövrünə nisbətən 21 faiz nisbətində artdı. Turizmin ÜDM-də payı 5 faiz təşkil edir. Ümumilikdə məşğulluğun da təxminən 5 faizi turizm sektoruna aiddir. Makedonyanın Dünya Turizm Təşkilatına üzv olduğu 1995-ci ildən bu yana turist sayı 40 faiz artıb.

Bolqarıstan türk turist çəkir
Bolqarıstan da Türkiyədən bir çox ziyarətçinin son illərdə seçim etməyə başladığı bir ölkədir. Bolqarıstan Statistika Komitəsinə görə, 2015-ci ildə ölkəni 1 milyon 237 min türk vətəndaşı ziyarət edib. Bolqarların bu il daha çox Yunanıstanı seçim etdiyi göstərilir. Bolqar turistlərin yaz tətili üçün ən çox seçim etdikləri yerlərin başında isə Kuşadası və Marmaris gəlir. Bolqarıstanın ən çox üstünlük verdiyi Qara dəniz tətil diyarı olan Slinçev Bryag yaz mövsümünü pis qarşıladı. Bölgədə mafiyalar arasında qarşıdurmaların baş verməsi turizmə pis istiqamətdə təsir etdi.

İraq və Fələstin
İraqlıların böyük bir qismi yaz aylarında səyahət üçün Türkiyəni seçir. Xüsusilə 2003-cü ildən sonra Türkiyəni ziyarət edənlərin sayı böyük dərəcədə artdı. Ancaq 2014-cü ildə “İŞİD”-in ölkənin bir hissəsini işğal etməsi ilə birlikdə ölkə xaricinə gedən turist sayı da azalmağa başladı. Fevral ayında Türkiyənin iraqlılara viza rejimində dəyişikliyə getməsi isə vəziyyəti daha da çətinləşdirdi. Viza almanın çətinləşməsi ilə bağlı iraqlıların Türkiyəyə səyahətləri böyük ölçüdə azaldı.
Fələstində olan mövcud vəziyyət ölkədə ÜDM-in 18 faizini təşkil edən turizm sektorunun daha da inkişafına imkan vermir. Fələstin Turizm naziri Rula Maayah deyib ki, "Fələstin dünyanın ən əhəmiyyətli turizm mərkəzlərindən biri ola bilər. On minlərlə turist bura gələ bilər. Çünki müqəddəs olmasının yanında dünyanın başqa yerlərində görə bilmədiyiniz əsərlər burada var. Fələstində turizm sektorunun önündəki bir başqa maneə isə bir aerodromun olmamasıdır. Baxmayaraq ki, Fələstin rəhbərliyi, milyonlarla turisti bölgəyə çəkməyi bacardı. Hər il Qərbi Şeriayı ziyarət edən turistlərin sayı 2,5 milyona çatdı. Həmçinin yerləşdirmə turlarının sayı da 25 faiz artdı.
Orta Şərqdə turizm dedikdə ağıla ilk gələn yer isə heç şübhəsiz Livandır. Ancaq Livan siyasi qeyri-sabitlik və təhlükəsizlik problemləri səbəbi ilə turist sayında bir eniş yaşayır. Sektor nümayəndələri isə Suriyadakı vətəndaş müharibəsi davam etdiyi üçün turizmin gələcəyindən ümidsizdirlər.

İranda turizmin vəziyyəti
İran turizm sahəsində geri qalmış ölkələrdən biri hesab edilir.Tarix və dəniz turizmində gəlir əldə edə bilməyən İrana, daha çox inanc turizmi üçün gedilir.
Bu sahədə Qum, Məşhəd və Şiraz kimi şəhərlər əsas yer tutur. Ağırlıqlı olaraq şiə əhalinin olduğu ölkələrdən İrana turist gəlir. Məşhəddəki İmam Rza Türbəsi ölkədəki müqəddəs məkanlardan biridir. Qumda olan Camkeran Məscidi də il içərisində çox sayda turist qəbul edir. 2015-ci ildə İrana 5 milyon 250 min turist gəlib. Ölkə bu ziyarətlərdən təxminən 7 milyard dollar gəlir əldə edib.

Qırğızıstan turizmi
yüksəlişdədir

Qırğızıstan hökuməti 2016-2020-ci illər arasında turizmi inkişaf etdirmək üçün strategiya sənədi açıqladı. Bu yeni strategiya ilə turizmdəki problemlərin həlli üçün turizm gəlirinin artırılması planlaşdırılır. Qırğızıstanda turizm sektoru ildə ortalama 9,5 faiz böyüyür. 2015-ci ildə isə turizmdən təxminən 19 milyard som gəlir əldə edilib. Yeni qüvvəyə qoyulan strategiya sənədi ilə turizmin ÜDM-dəki payının 7 faizə çıxarılması planlaşdırılır. Turizm Şöbəsi başçısı Azamat Camankulov isə ölkəyə gələn turist sayını ildə ortalama 20 faiz artırmağı hədəflədiklərini vurğulayır. Qırğızıstana ən çox köhnə sovet ölkələrindən turist gəldiyini ifadə edən Camankulov, Çin, Hindistan, Ərəb ölkələri və Avropa ölkələrini də nəzərdə tutduqlarını deyib.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info