Azərbaycan-Fransa əlaqələri genişlənir
Tarix: 01.07.2016 | Saat: 01:20:00 | E-mail | Çapa göndər


İqtisadiyyat naziri Şahin Mustafayev Bakıda səfərdə olan Fransanın desentralizasiya və regionlararası əməkdaşlıq üzrə Milli Komissiyanın Baş katibi, Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin yerli hakimiyyətlərin xarici fəaliyyəti üzrə xüsusi nümayəndəsi Bertran Foru qəbul edib.
Görüşdə nazir Şahin Mustafayev Azərbaycan və Fransa arasında əlaqələrin inkişaf etdiyini, əməkdaşlığın genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin və keçirilən görüşlərin mühüm əhəmiyyətini vurğulayıb, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrin genişlənməsində regionlararası əməkdaşlığın xüsusi rolunu qeyd edib. Hazırda Azərbaycanın 13 şəhəri ilə Fransanın 11 şəhəri və 1 vilayəti fəal əməkdaşlıq edir. Bu baxımdan, Gəncədə keçirilən beynəlxalq üzüm və şərab festivalları, ötən il Parisdə təşkil olunmuş qida və kənd təsərrüfatı məhsullarının sərgisi, biznes forumlar önəmlidir. Qeyd edilib ki, regionlararası əməkdaşlığın genişləndirilməsi həmçinin, mədəniyyətlərin təbliğinə, xalqların bir-birini tanımasına böyük töhfə verə bilər. Görüşdə regionlararası əməkdaşlığın əlaqələndirilməsi məqsədilə Azərbaycanla Fransa arasında Regionlararası İdarəetmə Komitəsinin yaradılması məsələsi müzakirə edilib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair Azərbaycanın ədalətli mövqeyini diqqətə çatdıran nazir Şahin Mustafayev regionlararası əməkdaşlığın Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Fransanın desentralizasiya və regionlararası əməkdaşlıq üzrə Milli Komissiyanın Baş katibi, Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin yerli hakimiyyətlərin xarici fəaliyyəti üzrə xüsusi nümayəndəsi Bertran For Azərbaycana ilk dəfə səfər etdiyini, ölkəmizdəki yüksək inkişafın onda böyük təəssürat yaratdığını qeyd edib, ikitərəfli əlaqələrin, o cümlədən regionlararası əməkdaşlığın genişlənməsi üçün ölkələrimizin potensialını vurğulayıb, əlaqələrin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.
İ.AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib
25.09.2018
Azərbaycanın XİN rəhbəri GUAM-Yaponiya Nazirlər görüşündə iştirak edib
24.09.2018
XİN yayılan məlumatı araşdırır
24.09.2018
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
24.09.2018
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info