Polis Akademiyasında buraxılışa həsr olunan tədbir
Tarix: 01.07.2016 | Saat: 15:08:00 | E-mail | Çapa göndər


İyulun 1-də Azərbaycan polisinin peşə bayramı ərəfəsində Daxili İşlər Nazirliyinin Polis Akademiyasında 2015-2016-cı tədris ilinin buraxılışına həsr olunan təntənəli mərasim keçirilib. Nazirliyin aidiyyəti xidmət rəislərinin, məzunların valideynlərinin, ictimaiyyətin və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirak etdikləri tədbirdə Akademiyanın rəisi, polis general mayoru Nazim Əliyev şəxsi heyətin təntənəli mərasimə hazır olması barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubova raport verib.Nazir Polis Akademiyasının sıra meydanında təntənəli mərasimlə əlaqədar düzülmüş müəllim və müdavim heyətini əlamətdar hadisə - tədris ilinin buraxılışı münasibətilə təbrik edib.Mərasimdə Azərbaycan Respublikasının dövlət himni səslənib.Daxili işlər naziri, general-polkovnik Ramil Usubov mərasimdə geniş məruzə ilə çıxış edib.Sonra nazir Polis Akademiyasını fərqlənmə ilə bitirən beş məzuna diplomları və “polis baş leytenantı” xüsusi rütbələrinin paqonlarını təqdim edib.Akademiyanı əla qiymətlərlə başa vuran Orxan Mirzəyev yaş kötüyünə rəmzi xatirə lövhəsini vurub.Daha sonra döyüş bayrağı dördüncü kurs müdavimlərinə təhvil verilib.
Müdavimlər “Azərbaycan polisi” marşını ifa ediblər.Sonda şəxsi heyət mətin addımlarla tribunanın qarşısından keçib.




 
Bölməyə aid digər xəbərlər
10.12.2018
“Coca-Cola” Fondu dünya üzrə sosial layihələrə 1 mlrd. dollar yatırıb
10.12.2018
“İrəli”nin “Azərbaycanın İntellektual Birİncisi” layihəsininin icrası başa çatıb
10.12.2018
Leyla Əliyeva aqrar və yaşıl texnologiyalar üzrə beynəlxalq forumda iştirak edir
10.12.2018
“Xeyirxah” işarə dilində ilk forumun keçirilməsinə hazırlaşır
10.12.2018
Vergi Məcəlləsinə son dəyişikliklərkimlərin xeyrinə olacaq?

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”
4 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
5 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info