Özbəkistanda “Azərbaycanı tanıyaq” adlı tədbir keçirilib
Tarix: 01.07.2016 | Saat: 17:26:00 | E-mail | Çapa göndər


Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) himayəçilik etdiyi, Daşkənddə fəaliyyət göstərən 30 nömrəli internat məktəbinin vilayətdəki Çervak istirahət zonasındakı yay düşərgəsində “Azərbaycanı tanıyaq” adlı tədbir keçirilib.Xeyriyyə tədbirində Mədəniyyət Mərkəzinin əməkdaşları, məktəbin müəllimləri və şagirdləri iştirak ediblər.Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan-Özbəkistan dostluğu, AMM-in uşaq evləri ilə bağlı layihələri, Azərbaycanda uşaqlara yaradılan şərait və digər məsələlərdən danışıb.Mədəniyyət Mərkəzinin əməkdaşı Kifayət Pirməmmədova tədbirdə Azərbaycanın mədəniyyəti, incəsənəti haqqında məlumat verib.Tədbirin bədii hissəsində uşaqlar arasında viktorina keçirilib, Azərbaycanın və Özbəkistanın dövlət simvolları, mədəniyyəti, ədəbiyyatına dair sualları cavablandıran uşaq və yeniyetmələrə hədiyyələr verilib.Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” uşaq rəqs ansamblının üzvləri bir-birindən gözəl rəqslərimizi, internat məktəbinin şagirdləri isə dünya xalqlarının rəqslərini ifa edib, şeirlər söyləyiblər.Tədbirin sonunda təxminən 150 uşağa AMM-in sovqatları, kiçik ölçüdə bayraqlar, ölkəmizin mədəniyyətinə dair suvenirlər hədiyyə edilib.Sonra uşaqlar plova, meyvə və şirniyyatlara qonaq ediliblər.

Tural







 
Bölməyə aid digər xəbərlər
18.12.2018
Yaponiyada dəmir yolu stansiyasında robot-nəzarətçi sınaqdan keçirilib
18.12.2018
Fransada “Sarı jilet”lərdən sonra polis də etiraz aksiyasına çağırışlar edir
18.12.2018
BMT Baş Assambleyası Qaçqınlar haqqında Qlobal Saziş qəbul edib
17.12.2018
Avropa informasiya agentlikləri uydurma xəbərlərə qarşı mübarizə elan ediblər
17.12.2018
Finlandiyadakı soydaşlarımız Həmrəylik Gününü qeyd edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10529

1 Anara Hacıbəyli Pirallahı rayonunda YAP ərazi təşkilatının sədri seçilib
2 “Tbilisi elə bir yerdir ki, burada zamanın necə keçdiyini hiss etmirsən”
3 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
4 Gələn ildən işlə bağlı müraciətlər elektron qaydada aparılacaq
5 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info