Novosaratovka-Çobankənd-Novoivanovka yolunun tikintisinə başlanılıb 
Tarix: 01.07.2016 | Saat: 17:33:00 | E-mail | Çapa göndər


Gədəbəy rayonunun Novosaratovka-Çobankənd-Novoivanovka avtomobil yolunun tikintisinə başlanılıb.“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən  bildirilib ki, həmin avtomobil yolunun uzunluğu 9,6 kilometrdir. Layihəyə əsasən yol 4-cü texniki dərəcəyə uyğun olaraq inşa edilir və iki hərəkət zolaqlı olacaq. Yol yatağının eni 10 metr olmaqla yolun hərəkət hissəsinin eni 6 metr, hər iki istiqamət üzrə bərkidici zolaq da daxil çiyinlərin eni 2 metr təşkil edəcək.
Hazırda torpaq işləri həyata keçirilir, yol yatağı və yol əsasının tikintisi aparılır. Layihə çərçivəsində suların ötürülməsi üçün su borularının və su keçidlərinin tikintisi işləri də aparılacaq. Torpaq işləri yekunlaşdıqdan sonra yola asfalt-beton örtüyünün döşənməsinə başlanılacaq. Yolun 60 min kvadratmetr sahəsinin ikiqat olmaqla asfaltlanması planlaşdırılır.
Novosaratovka-Çobankənd-Novoivanovka avtomobil yolunun tikintisi ilə 5 yaşayış məntəqəsinin 7 min nəfər əhalisinin gediş-gəlişi xeyli asanlaşacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi artıb
19.01.2019
2018-ci ildə Bakı-Supsa kəməri ilə 3,7 milyon ton neft ötürülüb
18.01.2019
Sərbəst Satış Sertifikatı sahibkarlara yeni ixrac imkanları qazandırıb
18.01.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturu dəyişdirilir
18.01.2019
Martda İraqa ixrac missiyası təşkil olunacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info