Milli Qəhrəman Siyavuş Həsənova həsr olunmuş film 
Tarix: 01.07.2016 | Saat: 17:56:00 | E-mail | Çapa göndər


İyulun 1-də Azərbaycan İstiqlal Muzeyində Milli Qəhrəman Səyavuş Həsənova həsr olunmuş “Şəhid, səndən başlayır Vətən” adlı filmin təqdimatı olub.AZƏRTAC xəbər verir ki, film “Torpaq uğrunda ölən varsa vətəndir” adlı layihə çərçivəsində İTV-nin “Carçı” Film Yaradıcılıq Birliyinin aparıcısı, tarix üzrə fəlsəfə doktoru Mahir Qəribov tərəfindən ekranlaşdırılıb.Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin elmi-kütləvi işlər şöbəsinin müdiri Sədi Mirseyibli çıxış edərək Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin Vətən sevgisindən söz açıb.Qeyd olunub ki, 1964-cu il yanvarın 20-də Şərur rayonunda anadan olan qəhrəman Goranboy, Gədəbəy və Şuşada gedən döyüşlərdə xüsusi igidlik göstərib. 1992-ci il iyunun 25-də Səyavuş Həsənov Qırmızıkənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olur.Bildirilib ki, belə tədbirlərin təşkil olunmasında məqsəd zaman-zaman vətənə xidmət etmiş, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalmış mərd oğul və qızlarımızın vətənpərvərliyini, onların indiki və gələcək nəsillərə örnək ola biləcək həyat yolunu təbliğ etmək, o cümlədən torpaqlarımızın bütövlüyü və azadlığı uğrunda şəhid olmuş qəhrəman Azərbaycan övladlarının xalqımıza daha da yaxından tanıdılması, gənclərdə vətənpərvərlik hisslərinin gücləndirilməsi əzmini yaratmaqdan ibarətdir.Tədbirdə Milli Qəhrəmanın oğlu Həsən Həsənli, döyüş yoldaşı Telman Tağıyev və digər yaxınları çıxış edərək tədbirin təşkilində əməyi keçən hər kəsə minnətdarlıqlarını bildiriblər.
Sonra filmin təqdimatı olub.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info