“TASNIM news”: “Bakı dünyanın neft mərkəzidir”
Tarix: 01.07.2016 | Saat: 18:36:00 | E-mail | Çapa göndər


İranın “TASNIM news” saytında Bakının turizm potensialından bəhs edən “İranlılar üçün yeni səyahət mərkəzi” adlı məqalə yayılıb. Məqalədə bildirilir ki, gözəlliyi ilə seçilən Bakı İran turistləri üçün yeni məkandır. Bakı həm də dünyanın neft mərkəzidir. Azərbaycanın neft yataqlarının çoxu bu şəhərin yaxınlığında yerləşir. Bakı son 10 ildə çox dəyişərək gözəlləşib. Bu yaxınlarda Bakıda Formula-1 Avropa Qran-pri yarışı keçirildi. Ümumiyyətlə, Azərbaycan hökuməti Bakıda böyük beynəlxalq tədbirlərin keçirilməsinə nail olur ki, bu da ölkənin dünya miqyasında təbliğ olunmasına və xarici turistlərin cəlb edilməsinə xidmət edir.Bakıda Opera və Balet Teatrının və orta əsrlərə aid tarixi qalaların mövcudluğunu vurğulayan müəllif şəhərin mülayim iqlimə malik olduğunu diqqətə çatdırır.Qeyd olunur ki, Azərbaycanda ictimai-siyasi sabitlik hökm sürür və Bakı şəhərinin sakinləri rahat şəraitdə yaşayırlar.
Məqalədə iranlılara Bakıya turist səyahəti etmələri tövsiyə olunur.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Tereza Mey Böyük Britaniyanın baş naziri postunu qoruyub saxlayıb
16.01.2019
Britaniya deputatları “Brexit“ şərtlərinə dair sazişin əleyhinə səs veriblər
16.01.2019
Türkiyə ərazisində əlverişsiz hava şəraiti davam edir
15.01.2019
ABŞ səfirinin Almaniyadan çıxarılması tələb edilir
15.01.2019
Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO toplantısında iştirak edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10563

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info