XİN-rəhbərinin Valter Ştaynmayerə ünvanladığı məktubun mətni açıqlandı
Tarix: 01.07.2016 | Saat: 19:07:00 | E-mail | Çapa göndər


Xarici İşlər Nazirliyi Elmar Məmmədyarovun almaniyalı həmkarı Frank-Valter Ştaynmayerə göndərdiyi məktubun mətnini açıqlayıb. 
XİN-dən verilən məlumata görə, məktubda Azərbaycanda alman məskənlərinin salınmasının 200 illiyi ilə əlaqədar Azərbaycan hökumətinin hər zaman Almaniya ilə mədəni əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyi və hər iki ölkəni bir-birinə yaxın edən çoxsaylı tarixi halların olduğu qeyd edilib. 
1947-ci ildə Bremen muzeyindən götürülən məşhur rəssamlar Rembrant van Reyn, Albrex Durur, Nikola Pussin, Antoni van Duk, Jakob van Ruisdal və digərlərinin rəsm əsərlərinin 1999-cu ildə prezident Heydər Əliyevin sərəncamına əsasən Almaniyaya geri qaytarıldığını diqqətə çatdıran Elmar Məmmədyarov, XIX-XX əsrlərdə alman arxitektorlar Nikolaus von der Nonne və Adolf Eixler tərəfindən layihələndirilən çoxsaylı arxitektur binaların hələ də Bakı və digər şəhərlərin küçələrinin ruhunu oxşadığını bildirib. Məktubda alman mühacirlər tərəfindən tikilən binaların, xüsusən də dörd kilsənin son bir neçə il ərzində təmir edildiyi də qeyd olunub. 
Məktubda bildirilir ki, Azərbaycanın təşəbbüsü ilə Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illiyi UNESCO-nun rəsmi bayramları siyahısına daxil edilib. Bu xüsusda, bayram tədbirlərinə dəstək məqsədilə Azərbaycan Almaniya və Gürcüstanla birlikdə UNESCO-nun qərargahında, Bakı, Göygöl, Berlin, Ştutqart və Tiflis şəhərlərində bir sıra tədbirlərin keçirilməsini nəzərdə tutub. 
Məktubda həmçinin xatırladılır ki, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyialmaniyalı həmkarları və digər maraq göstərən tərəflərlə birlikdə ölkəmizin müxtəlif regionlarında məskunlaşan alman mühacirlərin həyatını əks etdirən “Azərbaycanda Alman Məskənləri” adlı layihə hazırlayıb. Layihənin tərkib hissəsi kimi Gədəbəydə Siemens muzeyinin abadlaşdırılması və bərpası, Göygöldə Regional Muzeyin abadlaşdırılması və bərpası, Göygöldə ənənəvi eko-hotelin abadlaşdırılması və bərpası, Şəmkirdə Alman İrsi Mərkəzinin abadlaşdırılması və bərpası planlaşdırılıb. 
E. Məmmədyarov məktubda sözügedən layihənin 25-27 aprel tarixlərində Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda təqdim edildiyini və böyük maraqla qarşılandığını da əlavə edib. O, bu mədəni tədbirlərin hər iki xalq arasında körpü rolunu oynayacağına inandığını bildirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Qanunsuz aksiyalar heç bir ölkədə məqbul sayılmır
19.11.2018
Bu tarixi bilmək lazımdır və ya keçmişin dərsləri
19.11.2018
Prezidentin Belarusa səfəri ölkələrimizin iqtisadi əlaqələrində yeni bir mərhələnin əsasını formalaşdırır
19.11.2018
Almaniyadakı azərbaycanlı alimlərin konfransı keçirilib
19.11.2018
İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının toplantısı keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info