İqtisadiyyat naziri Lənkəranda vətəndaşları qəbul edib
Tarix: 01.07.2016 | Saat: 19:49:00 | E-mail | Çapa göndər


Azərbaycan Prezidentinin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıqları İqtisadiyyat Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır, bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.
İqtisadiyyat naziri Şahin Mustafayev Lənkəran şəhərində Lerik, Astara və Lənkəran rayonlarından olan vətəndaşları qəbul edib. Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri nazir Şahin Mustafayev tərəfindən diqqətlə dinlənilib, bir sıra məsələlər yerindəcə həll edilib, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün Nazirliyin müvafiq struktur bölmələrinə konkret tapşırıqlar verilib.
İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər barədə vətəndaşlara ətraflı izahat verilib, icrası nəzarətdə saxlanılmaqla aidiyyəti strukturlara çatdırılacağı bildirilib.
Ümumilikdə qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin alınması, müvəkkil kredit təşkilatı kimi Sahibkarlığa Kömək Milli Fondu ilə əməkdaşlıq, region üçün ənənəvi sahələrin inkişafı, istehsal və emal müəssisələrinin yaradılması, sosial və s. məsələlərlə bağlı müraciət ediblər.
Bundan başqa, qəbula gələn sahibkarların təklifləri müzakirə edilib, heyvandarlıq, quşçuluq, arıçılıq, taxılçılıq, çayçılıq sahələrinin inkişafı, istixanaların, soyuducu anbarların, yaradılması, süd və süd məhsulları, dəmir məmulatları istehsalı və s. sahələr üzrə investisiya layihələrinin maliyyələşdirilməsi, alkoqolsuz içkilər zavodunun və sənaye-mexanikləşdirmə müəssisənin fəaliyyətinə dəstəyin göstərilməsi barədə müvafiq göstərişlər verilib.
Sahibkarlar özəl bölmənin inkişafı istiqamətində həyata keçirilən islahatlardan - lisenziyalaşdırma sisteminin sadələşdirilməsi, sahibkarlıq subyektlərində aparılan yoxlamaların dayandırılması, qeyri-neft məhsullarının ixracının stimullaşdırılması, gömrük prosedurunun sadələşdirilməsi, investisiya təşviqi sənədinin tətbiqi və s. tədbirlərdən razılıqlarını ifadə ediblər.
Qəbul günü digər rayonlardan olan vətəndaşlar da nazir Şahin Mustafayev tərəfindən qəbul edilib, onların müraciətlərinə diqqətlə yanaşılıb, müraciətlərin operativ həlli üçün qanunvericiliyə uyğun olaraq, müvafiq tədbirlər görülüb.
Qəbula gələn vətəndaşlar əhaliyə göstərilən hərtərəfli qayğıya, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulunun təşkilinə və yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıq ediblər.
Ümumilikdə, Lənkəranda keçirilmiş qəbulda 50-ə yaxın vətəndaş müraciət edib.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info