“Azərbaycan institusional inkişafda uğurlar əldə edib”
Tarix: 01.07.2016 | Saat: 20:17:00 | E-mail | Çapa göndər


Bakıda “Azərbaycan Respublikasında dövlət qulluğu üzrə təlimlərə dəstək” adlı birgə layihənin imzalanması mərasimi baş tutub. 
Sənəd Avropa İttifaqı, BMT-nin İnkişaf Proqramı və Dövlət İdarəçilik Akademiyasının nümayəndələri tərəfindən imzalanıb.
Dövlət İdarəçilik Akademiyasının rektor Urxan Ələkbərov bildirib ki, Dünya Bankı və BMT-nin birgə məlumatına əsasən, Azərbaycan 2015-2030-cü illər üzrə davamlı inkişaf məqsədlərinə nail olunmasında bir sıra nailiyyətlərə imza atıb. Onun sözlərinə, görə, Azərbaycanın bu sahədəki nailiyyətləri bir sıra ölkələrin milli göstəricilərindən yüksəkdir: “Bu nəticələrin əldə edilməsində güclü idarəetmənin mühüm rol olub”. 
BMT-nin İnkişaf Proqramının rezident əlaqələndiricisi Qulam İsakzai isə qeyd edib ki, BMT İnkişaf Proqramının DİA ilə əməkdaşlığı uzun müddət davam edir. “Azərbaycan həqiqətən də institusional inkişafda uğurlar əldə edib. Dünyanın hər yerində belə hesab edilir ki, güclü idarəetmə bacarığı olan olan dövlət qulluqçuları hər bir cəmiyyətin inkişafında əsas şərtdir. BMT-nin Davamlı İnkişaf Məqsədlərindən 16-cısı məhz dövlət idarəetməsinin gücləndirilməsi ilə bağlıdır. Ümid edirəm ki, ötən ilin sentyabrında Nyu Yorkda qəbul edilmiş minilliyin inkişaf məqsədləri Azərbaycanda geniş surətdə təbliğ olunacaq”. 
Q. İsazkai Avropa İttifaqının nümayəndəliyinə layihəyə göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib. 
Sonda imzalanma mərasimi baş tutub. 
Qeyd edək ki, sözügedən layihədən 500 insan faydalanacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”
12.11.2018
“Ümid edirik, Paşinyan anlayır ki, Paris Sülh Forumundakı çıxışı Ermənistanın xarici siyasəti ilə tamamilə ziddir”
12.11.2018
MDR kanalı: Almaniyadakı erməni mafiyası bütün ölkə ərazisinə səpələnib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info