Ermənistandakı əsgər anaları:”Övladlarımızı qeyri-döyüş şəraitində qətlə yetirirlər”
Tarix: 01.07.2016 | Saat: 20:21:00 | E-mail | Çapa göndər


Xəbər verildiy kimi, Ermənistandakı aztəminatlı ailələr, o cümlədən həlak olmuş əsgərlərin anaları prezident ofisinin qarşısında piket keçirməyə cəhd ediblər. «Epress» saytının məlumatına görə, çoxsaylı erməni polisi piketin qarşısını almağa çalışaraq, piket iştirakçılarını prezident ofisinin qarşısından uzaqlaşdırmağa çalışıblar. Həlak olmuş əsgərlərin anaları, əvvəllər olduğu kimi, yenə də Sərkisyanın onların qarşısına çıxıb övladlarının niyə həlak olmasına aydınlıq gətirməsini tələb ediblər. Erməni analarının iddiasına görə, onların övladları qeyri-döyüş şəraitində hər hansı bir bədbəxt hadisə nəticəsində həlak olmurlar, onları sadəcə olaraq, qətlə yetirilər.
Polis özbaşnalığına narazılığını bildirən övladını itirmiş Qoar Sarqsyan: «Mənim övladım Tiqran Oqandjanyan hələ 2007-ci ildə qeyri-döyüş şəraitində həyatını itrib. Lakin indiyə qədər onun hansı şəraitdə həlak olması barədə məüfəssəl məlumata malik deyilik. Axı, mən də vətəndaşam. Mənim də haqqımı tələb etmək hüququm var»-deyə, bildirib.
Prezident ofisinin mühafizəçilərindən biri isə prezident ofisi qarşısında aksiya keçirməyə yasaq qoyulduğunu əsgər analarına izah etməyə çalışıb.
Qoar Sarqsyanın sözlərinə görə, piket ərəfəsində prezident ofisinin qapıları digər vətəndaşların üzünə açıq olsa da, niyə bu əsgər analarına yasaq edilməlidir? Bu da əsgər analarında böyük hiddətə səbəb olub.
Övladının müəmmalı ölümü barədə hələ də məlumatsız olan digər əsgər anası İrina Qazaryanın sözlərinə görə isə ötən aksiyada dərdlərini dinləyən psixoloq Elda Qrin cinayət prosesində məhkəmənin apardığı tədqiqatla şəxsən tanış olub, onları məlutmatlandıracağına söz vesə də, bu günə qədər onun telefonu söndürülmüş vəziyyətdədir.


Telekanal işçiləri məvacib üzünə həsrətdirlər

Qeyd edək ki, Ermənistanda son zamanlar adi hal kimi dəyərləndirilən aksiyalar ölkənin bəzi telekanallarının da maraq dairəsindən kənarda qalmaqdadır. Buna səbəb isə ölkədəki bəzi telekanalların artıq öz problemləri ilə baş-başa qalmasıdır. Ermənistanın «News.am» saytının verdiyi məlumata görə, ölkədə fəaliyyətdə olan «Üçüncü Ermənistan» telekanalının əməkdaşları artıq üçüncü aydır ki, məvacib üzünə həsrətdirlər. Telekanalın direktoru Aram Arutyunyan isə hər gün, sadəcə olalaq telekanal əməkdaşlarından üzrxahlıq etməklə kifayətlənir.
«Aykakan jamanak» nəşrinin yazdığına görə, «Ermənistanın dirçəlişi» partiyasına məxsus olan telekanalın əməkdaşları hələ ki, bu barədə açıq danışmağa ehtiyat edirlər. Telekanal əməkdaşlarından birinin etirafına görə, onlara alacaqları əməkhaqlarının hissə-hissə veriləcəyi barədə söz verilsə də, hələ ki, rəhbərlik tərəfindən belə bir addım atılmayıb. Buna görə də, telekanalın əksər əməkdaşları müxtəlif şərtlər altında ölkə banklarından kredit götürmək məcburiyyətində qalıblar.
Başqa bir telekanal əməkdaşının sözlərinə görə isə kanal direktoru Aram Arutyunyan hər gün onlardan üzr istəsə də, onlar günahkar kimi, telekanalı maliyyələşdirən «Ermənistanın dirçəlişi» partiyasının rəhbəri Artur Baqdasaryanı görürlər.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“İrəvan meriyasına seçkilər yalan və riyakarlığın nümunəsidir”
25.09.2018
Yaxın Şərq böyük müharibə ərəfəsində
25.09.2018
Kvirikaşvili AYİB-in beynəlxalq məsləhətçisi olub
25.09.2018
TASS: Azərbaycan silah bazarında Rusiya Federasiyasının iri tərəfdaşıdır
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info