“ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlar zəif gedir”
Tarix: 01.07.2016 | Saat: 21:14:00 | E-mail | Çapa göndər


 "25 il bundan - aprelin 9-da Gürcüstanın müstəqilliyi barədə Akt qəbul olunub, ATƏT PA da 25 il əvvəl yaranıb. Biz əkizlər kimi yubileylərimizi qeyd edirik”.
Bunu Gürcüstan parlamentinin sədri David Usupaşvili ATƏT Parlament Assambleyasının Tbilisidə 25-ci sessiyasının açılışında deyib.
Spiker ötən 25 ilin Gürcüstan üçün asan olmadığını bildirib.
Gürcüstan prezidenti Georgi  Marqvelaşvili çıxışında demokratik prinsiplərin dərinləşdirilməsinə cəhd etdiklərini söyləyib.
Baş nazir Georgi Kvirikaşvili isə əvvəlcə İstanbulun Atatürk hava limanında baş verən terrora toxunaraq qeyd edib ki, bəşəriyyət terrorizmlə mübarizə aparmalıdır: “Gürcüstan dünyada sülh istəyir. Biz Avropaya inteqrasiyaya cəhd edirik. Bu, bizim ən böyük təhlükəsizlik yolumuzdur. Bunu bizim vətəndaşlarımız da dəstəkləyir. Avropaya inteqrasiya o deməkdir ki, Gürcüstan sivil ölkələrlə birlikdə çalışacaq”.    
 ATƏT PA-nın prezidenti İlkka Kanerva da terroru pisləyərək bəyan edib ki, terrora qarşı mübarizə üçün strateji plan hazırlanmalıdır. 
Sonra çıxış edən Almaniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank Valter Ştaynmayer Dağlıq Qarabağ münaqişəsi zonasında son hərbi eskalasiya da daxil olmaqla, Ukraynadakı münaqişə, Gürcüstanda həlli uzanan münaqişələr barədə danışıb. O, Minsk Qrupu çərçivəsində danışıqların zəif getdiyini söyləyib: “Biz irəli getməliyik. Danışıqları səbr və ağıl ilə aparmalıyıq”.  Tədbirə AŞPA-nın prezidenti Pedro Aqramunt, Monteneqro, Bosniya və Herseqovina parlamentlərinin sədrləri, ekspertlər, diplomatlar və beynəlxalq təşkilatların nümayəndələri qatılıb.
 Azərbaycanı Milli Məclis sədrinin müavini Bahar Muradovanın başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Sosial şəbəkələrdə müxalifətin çağırışlarına maraq yoxdur
17.01.2019
Rusiya-Türkiyə-Azərbaycan əməkdaşlıq formatı: dünyanın enerji xəritəsində yeni hadisə
17.01.2019
Elmar Məmmədyarov “İnterfaks” agentliyinə eksklüziv müsahibə verib
17.01.2019
Baş Narkotiklərlə Mübarizə İdarəsində müşavirə keçirilib
17.01.2019
Konsulluqla bağlı bəzi məsələlərin “ASAN xidmət”ə verilməsi müraciətlərin operativ həllini təmin edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info