Bakıya yeni avtobuslar gətiriləcək
Tarix: 01.07.2016 | Saat: 21:14:00 | E-mail | Çapa göndər


Bu gün Azərbaycanda dövlət tərəfindən sahibkarlığın inkişafına xüsusi qayğı göstərilir. Bu fikir iyulun 1-də Bakıda sərnişindaşıma fəaliyyəti göstərən “Xaliq Faiqoğlu” MMC-nin yeni təmir mərkəzinin istifadəyə verilməsi ilə əlaqədar keçirilən tədbirdə səsləndirilib.Ölkəmizdə sahibkarlığın inkişafına xüsusi qayğı göstərildiyini deyən şirkətin rəhbəri Faiq Seyidov təmir mərkəzində 50-yə yaxın yeni iş yerinin yaradıldığını bildirib. Qeyd olunub ki, Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılan Bakı Nəqliyyat Agentliyi tərəfindən sərnişindaşıma sahəsində həyata keçirilən islahatlarda yaxından iştirak edən “Xaliq Faiqoğlu” şirkəti paytaxta yeni iritutumlu avtobuslar gətirməyi nəzərdə tutub. Bundan başqa, iyulun sonunadək şirkətin istismarında olan 18, 61, 65, 79, 85 və 96 saylı marşrut xətlərində “Bakıkart” sistemi tətbiq olunacaq. Şirkət tərəfindən xidmətin keyfiyyətinin artırılması məqsədilə qarşımızda duran ən vacib məsələ sürücülərin beynəlxalq səviyyəli təlimlərə cəlb olunmasıdır. Bu məqsədlə şirkət Almaniyanın məşhur “Hed Akademi” şirkəti ilə əməkdaşlığa başlayıb.Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Fərhad Eyyubov tədbirdə çıxış edərək bildirib ki, paytaxtda ictimai nəqliyyat vasitələrini idarə edən sürücülər arasında nizam-intizamın yaradılması və avtobuslarla bağlı yol-nəqliyyat hadisələrinin sayının minimuma endirilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi davam etdirilir. Avtobus sürücüləri üçün belə bir şəraitin təşkil edilməsi ictimai nəqliyyatda nizam-intizamı yüksəldir və yol-nəqliyyat hadisələrinin sayının azalmasına təsir göstərir.
F.Eyyubov MMC-yə məxsus avtobuslara baxış zamanı istehsalçı şirkət tərəfindən kameraların quraşdırılmasının əhəmiyyətini yüksək qiymətləndirərək deyib: “Avtobuslarda videokameraların quraşdırılması sərnişindaşımada cibgirliyin və digər qanun pozuntularının qarşısının alınması baxımından vacibdir. Qeydə alınan yol-nəqliyyat hadisələrinin səbəbini bu kameralar vasitəsilə aşkarlamaq mümkündür”.Bildirilib ki, yeni inşa olunmuş, müasir diaqnostik və təmir cihazları ilə təchiz edilmiş mərkəzdə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməklə şirkətin istismarında olan avtobuslara gündəlik baxış və servis göstəriləcək. Burada avtobusların təmizlənməsi, o cümlədən salonların dezinfeksiyası həyata keçiriləcək. Mərkəzdə çalışan təcrübəli mütəxəssislər xarici ölkələrdə təlim və ixtisasartırma kurslarında dəfələrlə iştirak ediblər. Bununla yanaşı, təmir mərkəzinin inzibati binasında sürücülərin xəttə çıxmazdan əvvəl həkim müayinəsindən keçmələri üçün xüsusi otaq, dispetçer, ehtiyat hissələrinin saxlandığı anbar və ofis otaqları mövcuddur.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Azeri Light”ın bir barreli 67,81 dollara satılır
15.11.2018
“Ekspro” şirkəti Azərbaycanın neft-qaz sahəsində mövqeyini gücləndirir
15.11.2018
Azərbaycan ən çox İtaliyaya satır, Rusiyadan alır
14.11.2018
Büdcə haqqında qanun layihəsi birinci oxunuşda təsdiq edilib
14.11.2018
ABŞ nəşri: “Bakı Limanı İpək Yolunda ticarət üçün əhəmiyyətli bir dəhlizdir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info