Apreldə məcburi köçkünlərə dəymiş ziyan dövlət tərəfindən ödənilib
Tarix: 01.07.2016 | Saat: 21:30:00 | E-mail | Çapa göndər


"Aprel hadisələri zamanı Ağdam, Tərtər və Ağcabədi rayonlarında məcburi köçkünlərin dağıdılmış evlərinin bərpası ilə bərabər, məcburi köçkünlərə dəymiş ziyanın hamısı hesablanıb, onların hər birinə bankda hesab açılıb və bu vəsait onların hesabına köçürülüb".
Bunu bu gün ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ilə görüşdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib. 
Ə. Həsənov bildirib ki, aprel ayında Ağdam, Tərtər və Ağcabədi rayonlarının yaşayış məntəqələrini, mülki əhalini atəşə tutması nəticəsində 17 nəfər məcburi köçkün şəhid olub, ümumilikdə məcburi köçkünlərin məskunlaşdıqları 452 mənzilə ziyan dəyib, onlardan 15-i tamamilə, 437-si qismən dağıdılıb, 311 iri və xırdabuynuzlu mal-qara tələf edilib: “Bütün bunlara baxmayaraq, yerli əhali kimi, məcburi köçkünlər də ordumuzun gücünə inanaraq doğma yerlərində yaşamaqda davam edir. Ermənilərin təxribatçı hücumları nəticəsində zərərçəkmiş bütün evlər Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə əvvəlkindən də yaxşı səviyyədə bərpa edilir və bütün bu işlər qısa müddətdə başa çatdırılacaq”.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info