“Cənab şair” görüşünüzə gəlir
Tarix: 01.07.2016 | Saat: 21:39:00 | E-mail | Çapa göndər


Gənc istedadlı şair Yusif Nazim Ərəbsoyun “Cənab şair” adlı kitabı çap olunub. “Cənab şair” Yusif Nazim Ərəbsoyun 2-ci kitabıdır. Kitabın bu cür adlandırılmasını kitabın annotasiyasında müəllif belə izah edir:
“Adətən, rəsmilərə - prezidentə, nazirə, hərbi rütbəlilərə “cənab” (eyni zamanda konfrans iştirakçılarına da “cənablar” deyə) müraciət olunur. Lakin, zamanın sınağından qalib çıxan böyük şairlərimizə, məsələn, Cənab Füzuli, Cənab Seyyid Əzim, Cənab Sabir, Cənab Şəhriyar, Cənab Hüseyn Cavid və s. (həmçinin böyük yazıçılara) deyə müraciət olunmasına rast gəlinmir. Odur ki, kitabın bu cür adlandırılması təəccüb doğurmasın.
Cənablardan muğayət olun, cənablar”. Birinci kitabda olduğu kimi, bu kitabda da şairin satirik və digər şeirləri, fəlsəfi dünya görüşünü əks etdirən aforizmləri dərc olunub. Qeyd edək ki, şairin “Şou dünya”adlı ilk kitabı 2014-cü ildə işıq üzü görüb.
Yusif Nazim Ərəbsoy, öz təbirincə desək, 1988-ci il oktyabrın 10-da Azərbaycanda adsız dünyaya gəlib. Nə vaxt, harada və necə dünyadan qayıdacağı məlum deyil. Dəqiq bəlli olan budur ki, o dünyaya ağır günah yüküylə gedəcək. Bu dünyaya isə, kirayə haqqı olaraq, kitablarını vermək niyyətindədir. Ümumrespublika üzrə elan olunmuş “Vətənin pərvəri ol” müsabiqəsində “Sərçə sevgisi” adlı şeri I yerə layiq görülüb. Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvüdür.




 
Bölməyə aid digər xəbərlər
13.12.2018
Özü ölsə, sözü ölməz ustadin
13.12.2018
Xalq rəssamı Tahir Salahovun 90 illik yubileyinə həsr olunmuş sərgi açılacaq
13.12.2018
Vyanada “Əbədi ezamiyyət” sənədli filminin təqdimatı olub
12.12.2018
Şair Vəli Bozalqanlı irsinin axtarışında...
11.12.2018
“Kitob dunyasi” qəzetində Maqsud Şeyxzadə haqqında məqalə dərc edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info