Azərbaycan klublarının avroliqalarda ən böyük hesablı qələbəsi
Tarix: 02.07.2016 | Saat: 00:13:00 | E-mail | Çapa göndər


“Qəbələ” futbol komandası UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində ilk oyunda Gürcüstanın “Samtredia” komandası üzərində parlaq qələbə qazanıb. “8-ci kilometr” qəsəbə stadionunda keçirilən görüşü referi Denis Şerbakovun rəhbərliyi ilə belaruslu hakimlər briqadası idarə edib. “Qəbələ”nin tam üstünlüyü şəraitində keçən oyunda hesab 16-cı dəqiqədə açılıb.
Qəbələlilərin heyətində Voyslav Stankoviç topu rəqib komandanın qapısından keçirib - 1:0. Oyunun 19-cu dəqiqəsində isə Sergey Zenyov rəqibi ikinci dəfə oyuna mərkəzdən başlamağa məcbur edib - 2:0. Matçın 30-cu dəqiqəsində isə “Qəbələ”nin yeni transferi Teo Uiks hesab arasındakı fərqi üç topa çatdırıb. Oyunun ilk hissəsi “Qəbələ”nin 3:0 hesablı üstünlüyü ilə başa çatıb.
Fasilədən sonra qonaqlar qollardan birinin əvəzini çıxıblar. Matçın 59-cu dəqiqəsində Şergelaşvili fərqlənib. Lakin “Qəbələ” bu qola artıqlaması ilə cavab verib. Teo Uiks matçın 69-cu və 72-ci dəqiqələrində rəqib qapısına iki dəfə yol tapmaqla het-trik edib - 5:1. Qalan dəqiqələrdə oyunda qol olmayıb və “Qəbələ” komandası səfər qarşılaşması üçün mühüm üstünlük əldə edib. Qeyd edək ki, “Qəbələ”nin bu uğuru Azərbaycan klublarının avroliqalarda ən böyük hesablı qələbəsidir. Bu komandalar arasında cavab matçı bir həftə sonra Gürcüstanın Zestafoni şəhərində oynanılacaq. “Qəbələ”-“Samtredia” duelinin qalibi növbəti turda “Aktobe” (Qazaxıstan)-“MTK Budapeşt” cütündə uğur qazanan komanda ilə görüşəcək. “Neftçi” klubu da UEFA Avropa Liqasına qələbə ilə başlayıb. Komandamız ilk oyununu səfərdə Maltanın “Baltsan” klubuna qarşı keçirib. Tarixində 16-cı dəfə avrokubok turnirlərində mübarizəyə qoşulan paytaxt təmsilçisi Malta klubunu iki cavabsız qolla məğlub edib - 2:0. Görüşü monteneqrolu hakimlər briqadası idarə edib. “Neftçi”nin üstünlüyü şəraitində keçən matçın 14-cü dəqiqəsində Rəhman Hacıyev hesabı açıb. Oyunun sonuna 7 dəqiqə qalmış Ruslan Qurbanov 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək “Neftçi”nin qələbəsini rəsmiləşdirib. Beləliklə, Vəli Qasımovun yetirmələri mərhələni keçmək üçün səfər qarşılaşmasında sərfəli nəticə əldə ediblər. Cavab görüşü iyulun 7-də Bakıda keçiriləcək. “Neftçi” turu keçəcəyi təqdirdə II təsnifat mərhələsində “Şkendiya” (Makedoniya) - “Krakoviya” (Polşa) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Millətlər Liqası: Türkiyə İsvevçə məğlub oldu
18.11.2018
Azərbaycanın U-19 millisi gürcüstanlı həmyaşıdlarını məğlub edib
17.11.2018
Azərbaycan güləşçisi dünya çempionatının gümüş medalına sahib olub
17.11.2018
Azərbaycan millisi Farer adaları komandasını məğlub etdi
17.11.2018
Bakıda akrobatika üzrə dünya kuboku yarışlarının açılış mərasimi olub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info