Cüdoçumuz erməniyə qalib gəldi
Tarix: 02.07.2016 | Saat: 00:14:00 | E-mail | Çapa göndər


Monqolustanın paytaxtı Ulan-Batorda cüdo üzrə Qran-pri yarışına start verilib. İlk yarış günündə Azərbaycan millisinin 3 idmançısı mübarizəyə qoşulub. İlk mərhələdən azad olan Rasim Əlməmmədovun birinci görüşü 1/4 final mərhələsinə təsadüf edib.
Lakin rusiyalı Albert Monquşla qarşılaşan həmyerlimiz məğlubiyyətə üzülüb. Təsəlliverici görüşlərə qatılan Əlməmmədov yenə də tatamini məğlub tərk edib. O, monqolustanlı Bayarmaqnai Daqvadorja 46 saniyəyə uduzub. Davud Məmmədsoy da yarışa 1/4 finaldan başlayıb. Monqolustanlı Ser-Od Nasanyarqalla üz-üzə gələn təmsilçimiz 25-ci saniyədə ippona düşüb. Məmmədsoy komanda yoldaşından fərqli, təsəlliverici görüşü qalib kimi bitirib. O, ilk qarşılaşmasındakı ipponun revanşını Maksim Burnaşevdən (Rusiya) alıb. Davud bürünc medal uğrunda Əlməmmədova qalib gələn Monquşla qüvvəsini sınayıb. Cüdoçumuz qalib gəlməklə, millimizə ilk mükafatı qazandırıb. Vüqar Şirinlinin də debütü uğursuz alınıb. O, 1/4 finalda monqolustanlı Erkhembayar Battoktoxa uduzub. Təsəlliverici döyüşdə Rusiyanı təmsil edən erməni əsilli Paylak Qaloyanı mübarizədən kənarlaşdıran Şirinli 3-cü yer uğrunda sloveniyalı Andraz Jerebi sınağa çəkəcək. Qeyd edək ki, Qran-pridə qarşıdakı 2 gündə Telman Vəliyev, Fəqan Quluzadə (hər ikisi 73 kq), Əbdulhəqq Rəsullu (81 kq), Firudin Dadaşov, Vasif Şərbətli (hər ikisi 90 kq) və Zelim Kotsoyev (100 kq) gücünü yoxlayacaq.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
UEFA-nın maliyyə vəsaiti Azərbaycan klublarının hesabına köçürülüb
16.11.2018
“Barselona” Dembeledən daha peşəkar yanaşma gözləyir
15.11.2018
Bakıda Ümumdünya Antidopinq Agentliyinin iclası keçirilir
15.11.2018
“Real“dan ilk transfer
14.11.2018
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10487

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info