“Kavkazplus.com”: “İrəvanın ikiüzlülüyünün və eqoizminin həddi-hüdudu yoxdur”
Tarix: 02.07.2016 | Saat: 00:30:00 | E-mail | Çapa göndər


3 həftə bundan öncə gürcü qaçqınları Cənubi Osetiyaya buraxmayan Ermənistan, indi onların dağılmış evlərinin yanından öz yük maşınlarını Rusiyaya keçirməyə çalışır. Bu barədə “kavkazplus.com” saytı yazır.
Gürcüstan saytı bu məsələdə ermənilərin ikiüzlülüyünü və eqoizmini hiddətlə qeyd edir:
“Doğrudan da, İrəvan rejiminin ikiüzlülüyünün, məkrliliyinin və eqoizminin həddi-hüdudu yoxdur. Ermənistan 2016-cı ilin iyununun başlanğıcında BMT Baş Assambleyasında gürcü qaçqınların Cənubi Osetiya və Abxaziyaya qayıtmasının əleyhinə 9-cu dəfə səs verdi. Halbuki bu ölkə Gürcüstandan keçən tranzitdən asılıdır. Budur, hələ 3 həftə keçməyib, indi Ermənistan “sıxıntı” çəkdiyini bildirir. Birdən-birə, gözlənilmədən, hərbi-gürcü yolu bağlanıb və Ermənistan blokada vəziyyətinə düşüb. Ermənistanı Rusiya ilə əlaqələndirən yeganə yol bağlanıb. Bu zaman digər ölkələrin avtomobil nəqliyyatı Gürcüstandan Rusiyaya Azərbaycandan keçməklə yola düşə bildiyi halda, Ermənistan, Azərbaycan torpaqlarını işğal altında saxladığı üçün həmin marşrutdan məhrum olub. Belə bir halda, erməni siyasətçilər Cənubi Osetiya barəsində düşünməyə başlayıblar. Ona görə yox ki, onlar BMT Baş Assambleyasındakı səsvermədən peşman olublar və gürcü qaçqınların yurdlarına qayıtmasına səs verəcəklər. Əsla! Onlara yol lazımdır! “Xristian qardaşlar”, “gürcü qardaşlar” onların heç vecinə də deyil. Qoy gürcü qaçqınlar harda daldalanırlarsa, orda qalsınlar, erməni yük furqonları isə Rusiyaya onların dağılmış evlərinin yanından ötməklə keçəcək.
Ümumiyyətlə, erməni yük maşınları sərbəst şəkildə Gürcüstandan da, Cənubi Osetiyadan da keçərək Rusiyaya gedəcək, amma gürcü qaçqınlar öz doğma yurdlarına dönə bilməyəcəklər. Ermənilərə Sxinvali və Cənubi Osetiya vasitəsilə Rusiyaya keçmək olar, amma gürcülər evlərinə dönə bilməzlər. Bundan başqa, erməni sürücülər Cənubi Osetiyadan olan qaçqınların qəsəbələrinin yanından tez-tez keçirlər, oraları görürlər, amma onların ölkəsi bu qaçqınlara yardım üçün heç nə etmək istəmir. Bu gün Ermənistan yeni yol açmağı planlaşdırır və bu yol hərbi-gürcü erməni yoluna alternativ olacaq. Bu barədə Ermənistan nəqliyyat naziri Qaqik Bəyləryan bildirib. Onun sözlərinə görə, hərbi-gürcü yolunun iyul ayının ortalarında bağlanmasına görə Ermənistan nəqliyyat baxımından çöküb. O deyib ki, bu baxımdan daim gürcü və rus həmkarları ilə danışıqlar aparılır.
Qaqik Bəyləryan bildirib ki, Ermənistan Gürcüstan və Cənubi Osetiya ərazisi vasitəsilə yol açmaq istərdi.
Gürcüstan, əlbəttə, bu məsələni müsbət qarşılaya bilər. Amma burda sual yaranır: Nəyə görə Ermənistan bütün bu 9 ili Gürcüstanı müsbət qarşılamır və daim ardıcıl olaraq gürcü qaçqınların öz yurdlarına qayıtmalarının əleyhinə səs verir? Əgər Gürcüstan erməni yük furqonlarını Cənubi Osetiya vasitəsilə Rusiyaya buraxsa, buna “təşəkkür” olaraq, Ermənistan yenidən gürcü qaçqınların öz evlərinə qayıtmasının əleyhinə səs verməyəcəkmi? Daha pisi - əgər “erməni minnətdarlığı ənənələrində” Gürcüstan ərazisində ermənilər tərəfindən məskunlaşmış Cavaxetiyada yeni separatçı qiyamın dəstəklənməsi baş versə, onda yeni minlərlə qaçqın yaranacaq ki, sonra da onları həmin ermənilər daha öz evlərinə buraxmayacaqlar”.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
21.03.2019
“Ermənistan hakimiyyəti Qarabağ danışıqlarına hazır deyil“
20.03.2019
Dariqa Nazarbayeva Qazaxıstan parlamenti Senatının sədri seçilib
19.03.2019
Ermənistan Azərbaycanla azaraq sərhədi keçmiş vətəndaşların mübadiləsinə hazırdır
18.03.2019
Naxçıvanda Çanaqqala zəfərinin ildönümü qeyd olunub
18.03.2019
Ermənistan Rusiya ilə razılıq əldə edə bilmədi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 “Bahar“ Qadınlar İnkişaf Qrupuna müasir tikiş maşınları verilib
5 Fransız heykəltəraş Mauro Kordanın sərgisi


22.03 09:12 AFR bundestaqının büdcə komitəsi martın 20-də sabiq prezidentlərə və kanslerlərə xidmət göstərən heyətin ixtisar edilməsi, habelə sabiq prezidentlərin və kanslerlərin əlavə gəlirlərinin olması müəyyən edilsə, onların pensiyalarının məbləğinin azaldılması barədə qərar qəbul edib. AZƏRTAC xəbər verir ki, istefada olan dövlət başçısının sərəncamında yalnız bir sürücü, bir dəftərxana işçisi, iki yardımçı referent və bir katib qalacaq. Səfərləri zamanı sabiq dövlət başçısının komandasının deyil, yalnız özünün pulu büdcədən ödəniləcək. Pensiyalara əlavələr olanda “sabiqlərin“ əlavə gəlirləri nəzərə alınacaq. Bundestaqda gizlətmirlər ki, deputatları bu addımı atmağa ölkənin sabiq kansleri Gerhard Şröderin “Qazprom“la münasibətləri sövq edib.
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info