“Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu və ya kompromis elementi ola bilməz”
Tarix: 02.07.2016 | Saat: 00:35:00 | E-mail | Çapa göndər


“Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu və ya kompromis elementi ola bilməz və olmayacaq. Bizim heç bir üzv dövlətə qarşı ərazi iddiamız yoxdur, biz BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının 4 müvafiq qətnamələri əsasında qanuni olaraq bizə məxsus olanı tələb edirik”.
Bu barədə Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyinin ATƏT-in təhlükəsizlik məsələləri ilə bağlı illik icmal konfransı çərçivəsində “ATƏT məkanında münaqişə vəziyyətləri” mövzusundakı işçi sessiyaya ünvanlanmış bəyanatında deyilir. Bəyanatda qeyd edilir ki, Vyana və Sankt-Peterburqda baş tutan son yüksək səviyyəli toplantılar Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində yaxşı imkan yaradıb: “Danışıqların müsbət atmosferdə keçməsini alqışlayırıq. Münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün substantiv danışıqların təxirə salınmadan yenilənməsi vacib əhəmiyyət kəsb edir. Substantiv danışıqlardakı irəliləyiş "status-kvo"nun dəyişilməsi istiqamətində arzulanan uğura gətirib çıxara bilər. Erməni işğalçı qüvvələrinin dərhal çıxarılması regiondakı dinamikanı dəyişəcək, region xalqları üçün faydalı olan münasibətlərin normallaşmasına yol açacaq. Substantiv danışıqların yenilənməsi üçün hər hansı ilkin şərt sülh prosesinə ciddi zərbədir və son yüksək səviyyəli müzakirələr nəticəsində əldə edilmiş nailiyyətləri zəiflədir”. Bəyanatda bildirilib ki, Azərbaycan torpaqlarının işğal altında saxlanması Helsinki Yekun Aktında əksini tapan prinsiplərlə üst-üstə düşmür və işğala dərhal son qoyulmalıdır: “Azərbaycan təcavüzün qurbanı olaraq münaqişənin tez bir zamanda həllində ən çox maraqlı olan tərəfdir. Bizim ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlarda iştirakımız münaqişənin sülh yolu ilə həllinə sadiqliyimizi göstərən aydın işarədir. Eyni zamanda, uzunmüddətli həllə gətirib çıxaracaq effektiv prosesin tərəfdarıyıq”. Bəyanatda qeyd edilir ki, Helsinki Yekun Aktında yer alan suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı kimi prinsiplərin pozulması Avropa təhlükəsizliyi böhranının əsas səbəblərindən biridir: “Bütün həlli uzadılmış münaqişələrə münasibətdə eyni prinsipial mövqenin sərgilənməməsi, Helsinki Yekun Aktının prinsiplərinə selektiv yanaşma və mahiyyətinin təhrif edilməsi etimadı zəiflədib. Gücdən istifadə hallarının artması, habelə beynəlxalq səviyyədə tanınmış sərhədlərin qorunmasının təmin olunmaması Avropa təhlükəsizliyinə ciddi təhdid yaradır”. Bəyanatda bildirilir ki, ATƏT məkanındakı hərbi-siyasi və iqtisadi bloklar arasındakı rəqabət Avropa təhlükəsizlik mühitinə ciddi təsir edir: “Təşkilatı rəqabət aparan siyasi-hərbi qruplaşmaların meydanına çevirmək cəhdləri narahatlıq doğurur. Bu cür rəqabət ATƏT məkanının bölünməzliyi məsələsini sual altına qoyur. Ona görə də Azərbaycan ATƏT-in sülh və təhlükəsizliyin qorunması sahəsindəki mərkəzi rolunun qorunması və gücləndirilməsinin qəti tərəfdarıdır. Azərbaycan inanır ki, hazırkı böhrandan yeganə çıxış yolu Helsinki Yekun Aktında əksini tapan prinsiplərə qeyd-şərtsiz hörmətin bərpa edilməsidir. ATƏT-in bütün öhdəlikləri üzv dövlətlərə münasibətdə hər hansı istisna, ikili standart, coğrafiya və digər amillərdən asılı olmayaraq, eyni qaydada tətbiq edilməlidir”. Sənəddə, həmçinin qeyd edilib ki, Azərbaycan ATƏT-ə üzv dövlətlərlə Avropa təhlükəsizliyi problemlərinə davamlı həll yolları tapmaq üçün açıq və səmimi dialoqa hazırdır.





 
Bölməyə aid digər xəbərlər
19.08.2019
“Ulduzu barışmayan” AXCP-ReAl
19.08.2019
Gürcüstanla Dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının ekspertlərinin işçi görüşü olub
19.08.2019
Koreyada “Azərbaycan dərsi” keçirilib
19.08.2019
Mir Şahin Gəncə teraktı ilə bağlı - şok VİDEO yaydı
19.08.2019
Dövlətin təhlükəsizliyi və milli maraqlar hər şeydən üstün olmalıdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10861

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info