Obamadan Putinə Suriya ilə bağlı yeni təklif
Tarix: 02.07.2016 | Saat: 00:39:00 | E-mail | Çapa göndər


ABŞ prezidenti administrasiyası Rusiya tərəfinə Suriyada hərbi əməkdaşlığa dair yeni saziş təklif edib. “The Washington Post”un xəbərinə görə, yeni saziş terrorçularla mübarizədə iki ölkə arasında hərbi əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Nəşrin məlumatına görə, bunun müqabilində Rusiya Bəşər Əsədi ABŞ-ın dəstəklədiyi üsyançıların mövqelərinə zərbələr endirməyə son qoymağa məcbur etməlidir.
Nəşrin Ağ Ev administrasiyasındakı mənbəyə istinadən yaydığı məlumatda qeyd edilir ki, sazişin mətni iyunun 27-də Rusiya tərəfinə təqdim olunub. Sazişin mahiyyəti ondan ibarətdir ki, ABŞ hədəflərin koordinatlarını bölüşərək, səylərini Rusiya ilə birləşdirəcəyini və, əsasən, Əsəd ordusuna qarşı vuruşan “Cəbhə ən Nüsrə” qruplaşmasına qarşı geniş əməliyyatı Rusiya Hərbi-Hava Qüvvələri ilə razılaşdıracağını vəd edir. Şəxsən Obama tərəfindən dəstəklənən sazişə əsasən, amerikalı və rusiyalı hərbçilər arasında sıx əməkdaşlığın qurulması təklif olunur. Nəşr qeyd edir ki, Rusiya Suriyada ABŞ ordusu ilə məhz bu cür əməkdaşlığın qurulmasına uzun müddətdir səy göstərir. Məlumata görə, ABŞ-ın müdafiə naziri bu cür plana qarşı çıxış edib, lakin yekunda prezidentlə razılaşmalı olub. Həmçinin qeyd olunur ki, Ağ Ev administrasiyasının daxilindəki məmurların əksəriyyəti qeyd olunan sazişin əleyhinə çıxış edərək onun səhv olduğunu qeyd edirlər.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10140

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info