İndiyədək 5100-dən çox gənc sahibkara 355,2 milyon manat güzəştli kredit verilib
Tarix: 02.07.2016 | Saat: 00:44:00 | E-mail | Çapa göndər


“Sahibkarlıq fəaliyyətinə və gənclərin məşğulluğunun artırılmasına dəstək məqsədilə indiyədək 5 min 100-dən çox gənc sahibkara 355,2 milyon manat güzəştli kredit verilib”. Bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Bakıda "Gənclər arasında sahibkarlığın təşviqi: yeni çağırışlar və perspektivlər" mövzusunda keçirilən tədbirdə deyib. Nazir müavini qeyd edib ki, güzəştli kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 15 min 300-dən çox yeni iş yerinin açılmasına imkan yaradır. Ölkəmizdə gənclərin məşğulluğunun təmin edilməsinə və sosial problemlərinin həllinə, gənclərin sahibkarlıq təşəbbüslərinin dəstəklənməsinə böyük diqqət və qayğı göstərilir. Sahibkarlıq subyektlərində yoxlamaların dayandırılması, lisenziyalaşdırma sisteminin təkmilləşdirilməsi, sahibkarların şikayətlərinə daha həssas yanaşılması məqsədilə apellyasiya şuralarının yaradılması, dövlət satınalmalarında şəffaflığın artırılması və ədalətli seçimin təmin olunması, investisiyanın təşviqi özəl sektorun inkişafında xüsusi əhəmiyyət daşıyır. Tədbirdə gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsində biznes inkubatorların rolu vurğulanıb, Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində ilk biznes inkubatorun yaradıldığı və növbəti biznes inkubatorun Aran Regional İnkişaf Mərkəzində təşkili üçün artıq müsabiqənin elan edildiyi bildirilib. Kənd təsərrüfatının inkişafının ölkədə həyata keçirilən uğurlu iqtisadi inkişaf strategiyasının əsas tərkib hissələrindən olduğu, o cümlədən arıçılığın inkişafına dövlət tərəfindən xüsusi diqqət göstərildiyi vurğulanıb. İqtisadiyyat Nazirliyi tərəfindən mütəmadi olaraq yerli arıçılıq məhsullarının müasir şəkildə qablaşdırılması və təşviqi istiqamətində tədbirlərin təşkili və bugünkü tədbirin yerli arıçılıq məhsullarının təşviqi və dəstəklənməsi baxımından əhəmiyyəti qeyd edilib. Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov bu gün ölkəmizdə uğurla davam etdirilən gənclər siyasətindən, dövlətin gəncliyin inkişafına qayğısından danışıb, həyata keçirilən iqtisadi islahatların gənclərin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün əlverişli mühit yaratdığını deyib. Bir sıra şirkətin nümayəndələri çıxışlarında Azərbaycanda münbit işgüzar mühitin formalaşdırıldığını, bütün bunların gənclərin sahibkarlıq fəaliyyəti üçün əlverişli imkanlar yaratdığını vurğulayıblar. Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov rəhbəri olduğu qurumun İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə yeni yaradıldığını və arıçılığın inkişafı üçün arıçılıq məhsullarının tədarükü, qablaşdırılması və marketinqi ilə bağlı müasir yanaşmaların tətbiqi, arıçıların bilik və bacarıqlarının artırılması istiqamətində İqtisadiyyat Nazirliyi ilə birgə layihələrdə iştirak edəcəyini diqqətə çatdırıb. Tədbir iştirakçıları Bakı Biznes Mərkəzində təşkil edilmiş 30-dək sahibkar tərəfindən təqdim edilən və ölkənin müxtəlif rayonlarını əhatə edən 20 çeşiddə arıçılıq və xalq sənətkarlığı məhsullarının sərgisi ilə tanış olublar.

Rusiya-Türkiyə münasibətlərinin normallaşması Azərbaycan ilə Rusiyanın ticarət dövriyyəsinə mənfi təsir göstərməyəcək

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, Rusiya-Türkiyə münasibətlərinin normallaşması Azərbaycan ilə Rusiyanın ticarət dövriyyəsinə mənfi təsir göstərməyəcək: "Azərbaycan ilə Rusiya arasında əlaqələr olduqca yüksək səviyyədədir. Eyni zamanda, ölkələr arasında ticarət dövriyyəsi ilbəil artır. Xüsusilə Azərbaycan məhsullarının keyfiyyəti və Rusiya bazarında yüksək səviyyədə qəbul olunması əhəmiyyətli rol oynayır. Buna görə Azərbaycan məhsulları Rusiyaya ixrac olunur və bu ixrac artmaqdadır".
Rasim




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Bu il Dövlət İnvestisiya Proqramında azı 600 kəndin yolunun təmiri nəzərdə tutulub
18.09.2018
Prezident: Əsas ərzaq məhsulları ilə özümüzü təminetmə səviyyəsinə çox yaxınlaşmışıq
18.09.2018
“Kaşaqan” neftinin gələcəkdə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli planlaşdırılır”
18.09.2018
Masallıda 3230 hektar əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq
18.09.2018
Ələt–Astara–İran ilə dövlət sərhədi–Biləsuvar avtomobil yolu yenidən qurulur

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info