Ailə dəyərlərini təbliğ edən layihəyə start verildi
Tarix: 02.07.2016 | Saat: 00:50:00 | E-mail | Çapa göndər


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilən “Mən həyatı seçirəm” adlı genişmiqyaslı maarifləndirmə layihəsinə dünən Xızıda start verilib.
Gənclərin iştirakı ilə Xızı rayon Mərkəzi Kitabxanasında keçirilən tədbirdə erkən nikah, qan qohumluğu, ziyanlı vərdişlərin yaratdığı fəsadlar, sağlam həyat tərzi və reproduktiv sağlamlıq, nikahdan əvvəl tibbi müayinənin əhəmiyyəti və digər mövzular ətrafında müzakirələr aparılıb. Xızı Rayon İcra Hakimiyyəti ilə birgə təşkil olunan görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva bildirib ki, Komitə tərəfindən mütəmadi olaraq respublikamızın şəhər və rayonlarında cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi, milli mənəvi dəyərlərin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, sağlam həyat tərzinin təbliği, gənclərin ailə həyatına hazırlığı və digər mövzular ətrafında müxtəlif layihələr həyata keçirilir. “Mən həyatı seçirəm” adlı genişmiqyaslı maarifləndirmə layihəsi də onlardan biridir. Komitənin sədr müavini bildirib ki, layihəni keçirməkdə əsas məqsəd gənclərin diqqətini bir daha ailə, sağlamlıq, ziyanlı vərdişlərin fəsadları və digər bu kimi məsələlərə cəlb etməkdir. Azərbaycanın tarixən gözəl ailə ənənələri vardır və həmin ənənələr bu günümüzədək qorunub saxlanılıb. Bugünkü nəslin üzərinə düşən ən böyük məsuliyyət isə bu ənənələri gələcək nəsillərə ərməğan etməkdir. Qeyd edilib ki, son illər Azərbaycan qanunvericiliyinin milli adət-ənənələrə əsaslanaraq formalaşdırılması və inkişafı, ailə münasibətlərini tənzimləyən bir sıra normativ hüquqi aktların qəbulu ölkədə sağlam ailələrin formalaşmasına səbəb olub. Çıxış edənlər ümumbəşəri bəlalardan sayılan narkomaniyanın cəmiyyətə, dövlətə, ailə dəyərlərinə vurduğu fəsadlardan söz açıblar. Narkomaniyaya qarşı mübarizədə yalnız dövlətin deyil, eləcə də cəmiyyətin hər bir fərdinin fəal rol oynamasının zəruriliyi diqqətə çatdırılıb. Görüş zamanı gənclərin müzakirə olunan məsələlərlə bağlı sualları cavablandırılıb.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10140

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info