TUMİB “Multikulturalizm ili” çərçivəsində Xızıda tədbir keçirib
Tarix: 04.07.2016 | Saat: 14:47:00 | E-mail | Çapa göndər


“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Xızı rayon İcra Hakimiyyətinin dəstəyilə Xızı şəhərində “Azərbaycan multikulturalizminin region gəncləri arasında təbliği” mövzusunda konfrans keçirib.
Tədbir iştirakçıları əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə şəhid omuş qəhrəman oğullarımızın və iyunun 28-də Türkiyənin İstanbul şəhərində baş vermiş dəhşətli terror aktı nəticəsində dünyasını dəyişmiş günahsız insanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Azərbaycanın dövlət himni səsləndirilib.
Konfransı giriş sözü ilə açan Xızı rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Ceyhun İsgəndərov dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları arasındakı əməkdaşlığın müsbət nəticələrindən danışıb. C.İsgəndərov deyib ki, tərəflərin birgə səyləri nəticəsində rayonda sağlam mənəvi mühitin yaranmasına nail olublar.
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) sədri Çingiz Bayramov bildirib ki, vətəndaş cəmiyyəti institutları Azərbaycanda multikulturalizmin və tolerantlığının təbliği istiqamətində görülən işlərə hərtərəfli dəstək verməlidir. TUMİB sədri deyib ki, gəncləri yad və radikal sektaların təsirindən qorumaq cəmiyyətin qarşısında dayanan basilica vəzifə olmalıdır: “Azərbaycan mədəniyyətlərin qovuşduğu məkanda yerləşdiyi üçün həmişə dinlər və sivilizasiyalar arasında aparıcı rol oynayıb. Təqdirəlayiq haldır ki, bu müsbət tendensiya indi də davam edir. Bizim başlıca vəzifəmiz yad ideologiyaların ölkəmizə ayaq açmasının qarşısını almaqdır”.
Ç.Bayramov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş multikulturalizm siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin “Multikulturalizm ili” elan olunması bu siyasətin davamıdır. “Azərbaycanda mövcud olan birgəyaşayış modeli təkcə Qafqaz xalqları üçün deyil, bütövlükdə dünya xalqları üçün yaxşı nümunədir. Bu nümunədən bəhrələnməyə hamıdan çox bədnam qonşularımızın ehtiyacı var. Ermənistan özünün irqçi siyasəti ilə regiondakı sağlam atmosferi zəhərləməklə məşğuldur”, – deyə TUMİB sədri qeyd edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt şöbəsinin əməkdaşı Ülvi Məmmədov Azərbaycanda dövlət-din münasibətlərinin sağlam əsaslar üzərində qurulduğunu bildirib. DQİDK əməkdaşı deyib ki, Azərbaycan xalqı tolerant olduğu üçün dünyaya parlaq birgəyaşayış modeli təqdim edə bilib.
TUMİB İdarə Heyətinin üzvü, tanınmış jurnalist Seymur Verdizadə vurğulayıb ki, Azərbaycan xalqı dədə-babalarımızdan bizə miras qalmış milli-mənəvi dəyərlərə, dövlət və din münasibətlərinə həssas yanaşır. Natiq deyib ki, ölkəmizdə heç vaxt dini və etnik zəmində qarşıdurma olmayıb. Jurnalist tədbir iştirakçılarını Azərbaycan xalqına xas olan humanist ideyalara sahib çıxmağa çağırıb.



Təhminə




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
Ədliyyə naziri Xaçmazda vətəndaşları qəbul edib
15.02.2019
Алексей Ретеюм: “Дизайн Баку поражает. Москве есть чему поучиться“
15.02.2019
Masallıda təqdimat: “Bizim tanıdığımız Elmira...”
15.02.2019
Masallıda “Xocalı faciəsi qan yaddaşımızdır” mövzusunda inşa müsabiqəsi keçirilib
15.02.2019
Səfir: “Azərbaycanda tolerantlığın yüksək səviyyədə olmasını bütün dünya etiraf edir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info