Azərbaycanın tranzit potensialı daha da artacaq
Tarix: 04.07.2016 | Saat: 14:51:00 | E-mail | Çapa göndər


"Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin tikintisinin reallaşdırılması istiqamətində mühüm addımların atılması, Azərbaycanın tranzit potensialının artırılmasında, ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsində mühüm rol oynayacaq. 
"Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyindən verilən məlumata görə, Azərbaycan ilə İran dövlət sərhədində, Astara çayı üzərində 82,5 metr uzunluğunda dəmir yolu körpüsünün təməli qoyulub, 1 mart tarixindən Astara stansiyasından İran dövlət sərhədinə qədər birxətli 8, 3 km uzunluğunda yeni dəmir yolu xəttinin tikintisinə start verilib.
Aradan keçən qısa zaman ərzində Astara çayı üzərində tikiləcək dəmir yolu körpüsü aşırımında 24 ədəd 32 metr dərinliyində özül qoyulub, iki aşırımın dayağı tikilib. 
Astara stansiyasından İran dövlət sərhədinə qədər birxətli 8,3 km uzunluğunda dəmir yolu xəttinin 7 kilometrində torpaq yatağının işlənməsi başa çatdırılıb. Relyefi mürəkkəb olan əraziyə 100-ə yaxın texnika cəlb olunub. Bu günə kimi 280 min kubmetr qum, qaya daşı, çınqıl döşənib və köhnə dəmir-beton məmulatı döşənib. 
Ərazidə çirkab sularının axıdılması üçün 14 ədəd suötürücü qurğu tikilməlidir. Bunun 7 ədədi artıq hazırdır. Eyni zamanda dəmir yolu xəttinin çəkildiyi əraziyə düşən elektrik və qaz xətlərinin köçürülməsi davam etdirilir. Bu işlər yaxın vaxtlarda başa çatacaq. Bütövlükdə bu ərazidə köçürülməli olan 315 obyekt var. Bunun da 10-u yaşayış evidir. Artıq 60 yaxın obyektin, o cümlədən 3 evin köçürülməsi başa çatıb. Digərlərinin sənədləşməsi aparılır. Həm körpünün, həm də dəmir yolu xəttinin tikintisinin cari ilin sonunadək yekunlaşdırılması planlaşdırılır. 
Qeyd edək ki, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında razılaşma Rusiya, İran və Hindistan arasında 12 sentyabr 2000-ci ildə Sankt-Peterburq şəhərində bağlanıb. Göstərilən dövlətlərdə daxili prosedurlardan keçdikdən sonra razılaşma 21 may 2002-ci il tarixdən qüvvəyə minib. 2005-ci ilin sentyabr ayında Azərbaycan qanunu ilə ölkəmiz “Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizi haqqında” sazişə qoşulub. 
Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq. 
Tural




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Kənd təsərrüfatı məhsulunun ümumi həcmi 4,6 faiz artıb
22.01.2019
DGKA Ümumdünya Gömrük Təşkilatının Avropa Regional Ofisi ilə əməkdaşlıq edəcək
22.01.2019
“Müasir iqtisadi inkişaf kontekstində Azərbaycanda idarəçilik”
22.01.2019
Prezident İlham Əliyev ilə BP qrupunun baş icraçı direktorunun görüşü olub
22.01.2019
Ötən il Azərbaycana 17 milyard manatdan çox investisiya qoyulub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info