Göygöldə Mədən Hasilatında Şəffaflıq Təşəbbüsü ilə bağlı seminar
Tarix: 04.07.2016 | Saat: 15:37:00 | E-mail | Çapa göndər


Regional İnsan Hüquqları və Media Mərkəzi Göygöl rayonunda seminar keçirib. Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi verdiyi «Mədən Hasilatında Şəffaflıq Təşəbbüsünün regionlarda təbliği» layihəsi çərçivəsində icra olunub. Maarifləndirmə xarakterli tədbirdə 25 nəfər rayon sakini iştirak edib.
Tədbiri giriş sözü ilə açan Göygöl Rayon Gənclər və İdman İdarəsinin rəisi Zaur Abbasov tədbir iştirakçılarını salamlayaraq Mədən Hasilatında Şəffaflıq Təşəbbüsü ilə bağlı rayonda keçirilən ilk tədbir olduğunu vurğulayıb.
Daha sonra çıxış edən Regional İnsan Hüquqları və Media Mərkəzinin sədri Xalid Kazımov vurğulayıb ki, respublikamız artıq ikinci ildir Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünə (MHŞT) üzrə yeni standarta uyğun hesabat açıqlayır: “Bu layihənin məqsədi də açıqlanan illik hesabat məlumatlarının region əhalisinə çatdırılması, MHŞT-nin mahiyyəti, hasilat sənayesindən əldə olunan gəlirlər və onların xərclənməsində şəffaflığın təmini üçün əhalinin maarifləndirilməsi və MHŞT-nin tətbiqi sahəsində vətəndaş cəmiyyəti iştirakçılığının gücləndirilməsidir. Layihə çərçivəsində təşkilat MHŞT-nin mahiyyəti, vətəndaşların MHŞT ilə bağlı məlumatları əldə edə bilmələri üçün mövcud olan elektron resurslar, şirkətlərin sosial məsuliyyəti ilə bağlı məlumatların əks olunduğu buklet hazırlanıb. Eyni zamanda ictimaiyyətin əsas informasiyaları televeziyadan aldığını nəzərə alaraq “Kanal 13” televiziyasında (“Hüquqi işığında” verilişi) maarifləndirmə xarakterli bir veriliş (https://www.youtube.com/watch?v=noulWf6cIdQ&feature=youtu.be://) hazırlanaraq həm də Mingəçevir televiziyasında yayımlanıb. Bu seminarlar da həmin tədbirlərin davamı kimi nəzərdə tutulub. Məqsədimiz həm də region sakinləri ilə birbaşa təmas quraraq onları bu mövzuda maraqlandıran sualları cavablandırmaqdır”.
Təşkilat sədri vurğulayıb ki, təbii ehtiyatlar onlarla zəngin olan ölkələrə rifah və sabitlik gətirməklə yanası, problemlər də yaradır: “Bu da daha çox həmin resurslardan nə dərəcədə səmərəli istifadə etməkdən asılıdır. Bu sahədə ictimai nəzarət hökumətləri ölkəyə məxsus neft və faydalı qazıntı sərvətlərinə görə daha hesabatlı olmağa təşviq edir. Azərbaycan da Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünə qoşulan ilk olkələrdən biridir. Təşəbbüsə qoşulduqdan bir il sonra ölkəmizdə İctimai Birliklərin “Mədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyası yaradılıb. 2005-ci ildə isə ölkəmiz MHŞT sahəsində ilk hesabatını açıqlayıb. Ötən dövr ərzində isə Mədən sənayesində şəffaflığın təmini istiqamətində addımları davam etdirən Azərbaycan 2009–cu ildə “MHŞT üzrə tam hüquqlu üzv” statusu alıb. 2015-ci ildə Azərbaycanın statusu aşağı salınsa da, ölkəmiz yeni standartın (Sidney 2013) tələbinə uyğun hazırlanan MHŞT hesabatını ictimaiyyətə açıqlaıb. Hesabatda ilk dəfə olaraq kontekstual məlumatlar, şirkətlər və sazişlər üzrə fərdi açıqlamalar toplanıb. MHŞT üzrə 2014-cü il hesabatı da məlumatların zənginliyi baxımından diqqəti cəlb edir. Eyni zamanda bu hesabatda 2013-cü il hesabatı ilə bağlı QHT koalisiyasının hazırladığı rəydə verilən bir sıra tövsiyyələr nəzərə alınıb. Amma açıqlanan hesabatlar ümumi xarakter daşıdığından onların anlaşıqlı dildə ictimaiyyətə çatdırılması, əhalinin MHŞT ilə bağlı maarifləndirilməsi vacibdir. Bu tədbirmiz həm də respublikamız üçün önəmli bir dövrə təsadüf edir. Belə ki, Azərbaycanın statusunun bərpası üçün Beynəlxalq İdarə Heyəti tərəfindən ölkəmizə təqdim olunan islahedici tədbirlər planına uyğun olaraq bir sıra tədbirlər həyata keçirməli idi. Həmin tədbirlərdən biri də əhalinin MHŞT ilə bağlı məlumatlılığının artırılması və vətəndaş cəmiyyəti institutlarının regionlarda da sərbəst şəkildə tədbirlər keçirə bilmək imkanlarına malik olması idi. Artıq bu tədbirlərin bir hissəsi reallaşdırılıb və ümid edirik ki, bu ilin payızında respublikamızın statusu bərpa olunacaq”.
Daha sonra tədbirdə İctimai Birliklərin “Mədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyasının Şura üzvü, Çoxtərəfli qrup üzvü Azər Mehtiyev çıxış edib.
Məruzəçi seminar iştirakçılarına MHŞT-nin mahiyyəti, vətəndaşların MHŞT ilə bağlı məlumatları əldə edə bilmələri üçün mövcud olan elektron resurslar, şirkətlərin sosial məsuliyyəti ilə bağlı məlumat verib.
Azərbaycanın neft strategiyası ilə bağlı danışan ekspert ölkəmizin neftdən əldə etdiyi gəlirlər və onların xərclənməsi istiqamətləri ilə bağlı məsələlərə toxunub.
Bu sahədə şəffaflığın təmin olunmasının vacibliyinə vurğulayan Azər Mehtiyev neftlə zəngin ölkələrin bu təbii sərvətlərdən səmərəsiz istifadə etməsi nəticəsində bu gün düşdüyü ağır durumu xatırladıb.
Daha sonra ekspert Azərbaycanın açıqladığı MHŞT hesabatlarında əks olunan məlumatlar, həmin məlumatlardan sadə insanların faydalana bilmək imkanları, bu sahəyə ictimai nəzarətin təmin olunmasında region sakinlərinin rolu barədə iştirakçılara məlumat verib.
Sonda isə seminar iştirakçılarının sualları cavablandırılıb.







 
Bölməyə aid digər xəbərlər
27.06.2019
Meksikada Azərbaycanın mədəniyyəti və milli mətbəxi təqdim olunub
26.06.2019
“Rossiyskaya qazeta” rusiyalı turistləri Azərbaycana dəvət edir
26.06.2019
“Danışır Xocalı” sənədli filminə ictimai baxış keçirilib
25.06.2019
“Narkomaniyaya qarşı mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirilib
25.06.2019
Şirməmməd Ağaməmməd oğlu Hüseynov

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10816

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Heydər Əliyev və bələdiyyələr
3 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
4 Əli Nağıyev DTX rəisi təyin edildi
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


27.06 01:11 Psixi sağlamlıq uğrunda mübarizə ortaq məsuliyyətimizdir. Vətəndaş cəmiyyətini müdafiə edəcək, insan hüquqlarının universallığı və qanunu uğrunda mübarizə aparacaq güclü bir Avropaya ehtiyacımız var. Psixi xəstələrin adekvat müalicəsi təmin olunmalıdır. Azərbaycanda insan hüquqlarına əsaslanan yanaşmanın təmin edilməsi üçün əlimizdən gələni edirik. Məqsədimiz irəliyə doğru getmək, hüquqlara riayət edilməsini təmin etməkdir. AZƏRTAC xəbər verir ki, bu fikirləri “Psixi sağlamlıqla bağlı məcburiyyətlərə son qoymaq: insan hüquqlarına əsaslanan yanaşmaya zərurət” adlı məruzənin müzakirələri zamanı AŞPA-dakı nümayəndə heyətimizin üzvü Naqif Həmzəyev deyib. O, Birləşmiş Millətlər Təşkilatının (BMT) Əlillərin hüquqlarının müdafiəsi üzrə Konvensiyasına uyğun olaraq psixi xəstələrin hüquqlarına riayət edilməsi zərurətinə toxunub. Dinindən, sosial vəziyyətindən asılı olmayaraq hər kəsin bərabər olduğunu qeyd edib. Buna görə də hər bir insanın, uşaq və qadınların bərabərliyi üçün mübarizə aparmağın vacibliyini söyləyib.
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info