Ahıllar üçün bayram tədbiri
Tarix: 04.07.2016 | Saat: 15:38:00 | E-mail | Çapa göndər


Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsi, Nizami Rayon İcra Hakimiyyəti və YAP Nizami rayon təşkilatı birlikdə Bakının Bilgəh qəsəbəsində müharibə və əmək əlilləri üçün pansionatda müqəddəs Ramazan bayramı münasibətilə bayram tədbiri keçirib.Əvvəlcə pansionat sakinləri qonaqları özlərinin əl işləri ilə tanış ediblər.Sonra çıxış edən pansionatın direktoru, Əməkdar Müəllim Qətibə Əsədova yaradılan şəraitlə bağlı məlumat verib.Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı ahılları Ramazan bayramı münasibətilə təbrik edib. Bildirib ki, ümummilli lider Heydər Əliyevin sosial siyasət kursunda ölkəmizdə ahıl insanların dövlət qayğısı ilə təminatı, onların maddi və mənəvi tələbatlarının ödənilməsi mühüm yer tutub. Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasət nəticəsində ahıl vətəndaşların sosial müdafiəsi daha da gücləndirilib. Dövlətimizin başçısının bununla bağlı imzaladığı fərman və sərəncamlar, 2006-cı il 17 aprel tarixli Sərəncamla təsdiqlənmiş “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı” və bir sıra digər dövlət proqramlarına uyğun olaraq, ahılların hərtərəfli sosial müdafiəsi sahəsində mühüm addımlar atılıb.“Bu gün tədbir keçirdiyimiz bu müasir pansionat da məhz Prezident İlham Əliyevin göstərişi ilə əsaslı şəkildə təmir edilib”, - deyən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva qeyd edib ki, burada yaradılan şərait bir daha ahıl insanların dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu nümayiş etdirir. Azərbaycan dövləti xüsusi qayğıya ehtiyacı olan şəxslərə hər zaman diqqətlə yanaşır, onların rahat yaşamaları, ehtiyaclarının ödənilməsi üçün bütün lazımi işləri görür.Vurğulanıb ki, Yeni Azərbaycan Partiyası əhalinin müxtəlif təbəqələrinin nümayəndələri, o cümlədən ahıl insanlar, qocalar evinin sakinləri ilə mütəmadi görüşlər təşkil edir, onların problemləri ilə maraqlanır, imkan daxilində kömək etməyə çalışır.
Pansionat sakinləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Bildiriblər ki, bu gün ölkəmizdə aparılan geniş quruculuq işləri onları da sevindirir, fərəhləndirir.Sonra bayram süfrəsi açılıb.Tədbir Nizami rayon Uşaq və Gənclər Yaradıcılıq Mərkəzinin üzvlərinin pansionat sakinləri üçün oxuduqları mahnılarla və şeirlərlə davam etdirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10479

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info