Argentina parlamentində Azərbaycanla Dostluq Qrupu yaradılır
Tarix: 04.07.2016 | Saat: 16:37:00 | E-mail | Çapa göndər


Argentina parlamentinin Deputatlar Palatasında Azərbaycanla Dostluq Qrupunun yaradılması haqqında qətnamə qəbul edilib. Bu barədə  Azərbaycanın Argentinadakı səfirliyindən məlumat verilib.Qətnamə əsasında yaradılan qrupa palatanın ikinci vitse-prezidenti Patrisiya Ximenez sədrlik edəcək. Ümumilikdə yeddi deputatdan ibarət qrupun beş üzvü Argentinada hazırda iqtidarda olan “Dəyişək” siyasi blokun nüfuzlu üzvləridir. Onlar Argentinanın böyük əyalətlərini təmsil edirlər. Qətnamədə dostluq qrupunun Deputatlar Palatasının beynəlxalq əlaqələr komissiyası, habelə Argentina Xarici İşlər və Etiqad Nazirliyi ilə birgə əməkdaşlıq edəcəyi qeyd olunur.Qrupun üzvlərinin Azərbaycanla yaxından əməkdaşlıq edəcəkləri, bu istiqamətdə Deputatlar Palatasının beynəlxalq əlaqələr komissiyası və Xarici İşlər və Etiqad Nazirliyi ilə birgə fəaliyyət göstərəcəkləri də bildirilir. Yaxın vaxtlarda qrupa digər deputatların da qoşulacağı gözlənilir.


Tural




 
Bölməyə aid digər xəbərlər
24.05.2019
Tereza Mey istefasını elan edib - VİDEO
24.05.2019
İğtişaşların ardı-arası kəsilmir
24.05.2019
“Ərdoğanın Aİ-yə ehtiyacı yox, Aİ-nin Ərdoğana ehtiyacı var“
24.05.2019
Culian Assanja qarşı daha 17 maddə üzrə ittiham irəli sürülüb
24.05.2019
Con Bolton Şinzo Abe ilə görüşəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info