Avropa Gənclər Paytaxtında multikulturalizmlə bağlı layihə icra olunacaq
Tarix: 04.07.2016 | Saat: 16:41:00 | E-mail | Çapa göndər


Cari ilin ölkə başçısı tərəfindən “Multikulturalizm ili” elan olunmasını əsas tutaraq, gənclərə multikulturalizmin mahiyyətini izah etmək, Azərbaycanın dünyadakı nümunəvi tolerant ölkə simasını bir daha gənclərin diqqətinə çatdırmaq məqsədi ilə "Odlar Yurdu" Gənclər İctimai Birliyi tərəfindən "Gələcək vəd edən həqiqətlər: Gənclər və Multikulturalizm" layihəsının hazırlıq mərhələsi uğurla davam etdirilir. Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə icra olunacaq layihənin əsas vəzifələri multikulturalizmin Azərbaycan modelinin gənclər tərəfindən öyrənilməsi ilə yanaşı gəncləri bu mövzuda maarifləndirmək və dünyagörüşlərinin artmasına xidmət etməklə, onlara vətənpərvərlik, tolerantlıq, hümanizm, insansevərlik kimi dəyərli hisslərin aşılanmasıdır. Layihə cari ilin iyul ayında 2016-cı il Avropa Gənclər paytaxtı olan Gəncə şəhərində həyata keçiriləcəkdir. Ümumilikdə republikanın müxtəlif bölgələrində yaşayan 50 nəfər gənc layihədə iştirak edəcəkdir.
Layihə rəhbəri Nigar Ələsgərova layihə ilə bağlı saytımıza açıqlamasında bildirmişdir: "Hər bir tarixi inkişaf mərhələsində ictimai quruluşun formasından asılı olaraq mədəniyyət də, mənəviyyat da yeniləşir və dəyişir. Önəmli olan cəmiyyətdə bu dəyərlərin qorunması ilə yanaşı onun gələcək nəsillərə düzgün çatdırılması, onun öyrənilməsi və mahiyyətinə varılmasıdır. Bu gün istənilən sahədə Azərbaycan gerçəkliyinin gənclərə aşılanması, onlar tərəfindən öyrənilməsi gələcəyin təminatıdır. Odur ki, Azərbaycan xalqının zəngin multikultural keçmişinin öyrənilməsinə, onun mədəni müxtəlifliyinin qorunmasında atdığı addımların araşdırılmasına xidmət edən, əsas məqsədi gənclərə multikulturalizmin Azərbaycan modelinin mahiyyətini izah etmək və öyrətmək olan "Gələcək vəd edən həqiqətlər: Gənclər və Multikulturalizm" adlı layihə bu sahədə icra olunacaq uğurlu layihələrdən biri olacaqdır.
Layihənin tərəfdaş qurumları Gəncə şəhər İcra Hakimiyyəti, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi, "Gəncə-2016 Avropa Gənclər Paytaxtı" İctimai Birliyidir.

Fuad




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info