“Azərbaycan Prezidenti Türkiyə-Rusiya münasibətlərinin bərpası üçün bir çox addımlar atdı”
Tarix: 04.07.2016 | Saat: 17:31:00 | E-mail | Çapa göndər


Azərbaycan Prezidenti Türkiyə-Rusiya münasibətlərinin bərpası üçün bir çox addımlar atdı. Bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov ANS-ə müsahibəsində deyib.N.Məmmədov qeyd edib ki, Türkiyə və Rusiya həm yerləşdikləri regiona görə, həm də keçmiş tarixi əlaqələrinə görə daha çox bir-birinə yaxın, əməkdaşlıq edən dövlətlər olmalıdırlar: “Bu nöqteyi-nəzərdən biz əmin idik ki, gec-tez belə olacaq. Azərbaycan Prezidenti ilk vaxtlardan həm Türkiyə, həm də Rusiya rəhbərliyi ilə danışıqlarında belə bir situasiyada qarşılıqlı anlaşmanın, qarşılıqlı inamın və əvvəl mövcud olan münasibətlərin bərpasının vacibliyini qeyd etmişdir və bununla bağlı bağlı bir çox addımlar atmışdır. Bunu Türkiyə rəhbərliyi də qeyd etdi”.PA rəsmisi əlavə edib ki, Türkiyə Azərbaycan üçün dost, tərəfdaş, qardaş ölkədir: “Rusiya da bizim yüzilliklərdir bağlı olduğumuz, həqiqətən də bütün sahələrdə ən yüksək əməkdaşlıq etdiyimiz ölkədir və bu əməkdaşlığı genişləndirmək, möhkəmləndirmək bizim əsas planımız olduğu üçün, əlbəttə, Türkiyə-Rusiya münasibətlərinin yaxşı olmasını istəyirdik. Və arada bir balaca soyuqluğun olması bizi bəlkə də elə Türkiyədən də, Rusiyadan da daha çox narahat edir. Çünki Türkiyə-Rusiya münasibətlərinin normallaşması Azərbaycan üçün də həmin ölkələr qədər faydalı olacaq”.




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Xaricdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şuralarının birinci toplantısı keçirilib
21.09.2019
Azərbaycan nümayəndəsi ATƏT-ə çağırış edib
21.09.2019
Rusiyada azərbaycanlılarla ermənilər arasında kütləvi dava
21.09.2019
İlham Əliyev: “Azərbaycan beynəlxalq əməkdaşlıq sahəsində, enerji sahəsində böyük uğurlar əldə edib”
20.09.2019
Azərbaycan Ordusu yeni kamikadze PUA-nı təlimdə sınaqdan çıxardı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info