Qazaxıstanda yaşayan qocaman həmyerlimiz vəfat edib
Tarix: 04.07.2016 | Saat: 17:34:00 | E-mail | Çapa göndər


Qazaxıstanda yaşayan qocaman həmyerlimiz Allahverdi Piriyev dünyasını dəyişib. Allahverdi Piriyev Qazaxıstanda 50-ildən artıq təhsil sahəsində çalışıb. İctimaiyyəti arasında çox məşhur olan soydaşlarımız bir neçə dəfə Qazaxıstan Respublikasının Prezidenti tərəfindən mükafatlandırılıb. Onun şagirdlərinin səsi Qazaxıstan, Türkiyə, Azərbaycan, ABŞ, Rusiya, Şimali Kipr və başqa ölkələrdən gəlir. O, həmçinin qürbətdə yaşayan Axısqa gənclərinə keçmişini, tarixini, mədəniyyətini yorulub usanmadan öyrədib.
Xatırladaq ki, Allahverdi Hüseyn oğulu Piriyev 1934-cü ildə Axısqanın (Gürcüstan) Qoyundərə kəndində anadan olub. 1944-cü ildə 2-ci sinifdə oxuyarkən bütün soydaşları kimi, o da ailəsi ilə Orta Asiyaya, Qazaxıstana sürgünə göndərilib. 1944-1956-cı illərarası bütün Axısqa türkləriylə birlikdə 12 il rezervasiya həyatı yaşayıb. O,1943-cü ildə Azərbaycan dilində ibtidai məktəbin birinci sinfinə gedib. 1945-ci ildə təhsilini qazax dilində davam edib. 1956-cı ildə Pedaqoji Peşə məktəbini bitirib. 1963-cü ildə Şımkent Pedaqoji İnstitutundan məzun olub.
Allahverdi Piriyev Qazaxıstanda yüksək vəzifələrdə çalışıb. Belə ki, 1963-1966-cı illərdə Qazaxıstanın Jdanov kəndində orta məktəbdə müdir vəzifəsində çalışıb. 1966-1975-ci illər arasında orta məktəbdə qazax dili və ədəbiyyatından dərs verib. 1974-1986-cı illərdə Kaytpas kəndi Erejepbay Moldabayev Liseyində müdir vəzifəsində çalışıb. 1980-1990-cı illərdə Müəllimləri Təkmilləşdimə İnstitutunda müəllimlərə qazax dilindən dərs verib. 1991-ci ilə qədər 35 il qazax dili və ədəbiyyatından dərs verib. 1991-2005-ci illər arasında Azərbaycan Respublikasının Xaçmaz rayonunun Müşkür kəndində liseydə Azərbaycan dilindən dərs verib. Eyni zamanda müdir köməkçisi vəzifəsində işləyib.
2002-ci ilin sonlarına doğru Azərbaycandan Qazaxıstanda yaşayan övladlarını ziyarətə gedib. Burada gözlənilmədən xəstələnir. Az bir müddətdən sonra sağalıb Azərbaycana geri dönüb. 2003-cü ildə Azərbaycana gələndən 2 ay sonra Türkiyənin Hocaeli Körfəz Bələdiyyə Başçısı Erhan Yenilmezin dəvəti ilə İstanbulu ziyarət edib. 2005-ci ildə Azərbaycandan geri, Qazaxıstana övladlarının yanına gedib. 2008-ci ildə Dünya Axısqa Türklərin rəhbəri Ziyattin İsmixanoğulunun dəstəyi ilə İslam dünyasının Mərkəzi olan Məkkə və Mədinəni ziyarət etmək ona nəsib olub. Bundan sonrakı arzu diləyi doğulduğu yurdu, Axısqanın Qoyundərə kəndini ziyarət etmək idi. 2012-ci ildə Allahverdi müəllim Türkiyə ilə Gürcüstan sərhədində yerləşən Qoyundərə kəndini ziyarət edib.
Allahverdi Piriyev təqaüd illərində də Axısqa türklərinin mədəniyyəti, tarixi, sürgünlük həyatı haqqında bir neçə kitab yazıb.
A.Piriyevin yazdığı kitablar bunlardır:"Tapkış" (Tapıcı) Vizual üsul, 1960; Qazad dili dərsi metodik kitabı, 1975; Qazax dili dərsi metodik kitabı, 1980; Qazax dili dərsi metodik kitabı, 1988; "Ata Yurdum Ahıska", 2001; "Türk Dünyası və Ata Yurdum Ahıska", 2003; "Axısqa Türkləri Sürgündə", 2003; "Türksüz Qalan Axısqam", 2006. "Atalardan Qalan Qızıl Xazna" (Ahıska Türklərinin İctimai Mədəni həyat tarixi). 2016.
Uzun zaman yaşadığı və üzərində çalışdığı Kaytpas-1 kəndinin tarixinə aid və qazax dilində yazdığı kitablar hələ nəşr olunmayıb. "50 İldə Kənd Yeniləndi" və "Yolunu Gözləyir", adlı kitabların əl yazılarını oğul və qızları Yrd.Doç.Dr. Sevil Piriyeva ilə Dr. Əsgər Piriyev çap edilməsi üçün işləri davam etdirirlər.
A.Piriyev fəaliyyəti dövründə "İctimai Yarış Zəfəri", "Maarif Əlaçısı", "Metodist Müəllim", "Vektor", "İkinci Dünya Döyüşü Zəfərinə 65 İl", "Beynəlxalq Türk Dünyasına Xidmət", "Axısqa Türklərinin Sürgün olunmasına 70 İl", "İkinci Dünya Döyüşü Zəfərinə 70 İl" və s. medal, orden və fəxri adlara layiq görülüb. 1988-ci ildə Qazax Film tərəfindən A.Piriyevin Qazaxıstan təhsilinə verdiyi töhfəyə görə "Şapağat" adlı 1 saatlıq film çəkilib.
O, 6 oğul, 3 qız övladı böyüdüb. Övladları mühəndis, həkim, pedaqoq və s. peşələr sahibi olublar. A.Piriyevin 23 nəvəsi və 7 nəticəsi var.



Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info