Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada iftar süfrəsi açılıb
Tarix: 04.07.2016 | Saat: 18:32:00 | E-mail | Çapa göndər


İyulun 3-də Moskvada “Poklonnaya qora”dakı məscidin yaxınlığında qurulmuş “Ramazan çadırı”nda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycan Günü təşkil edilib və iftar verilib.Rusiya Müftilər Şurasının dəstəyi ilə təşkil olunan tədbirdə ictimai təşkilatların, Azərbaycanın bu ölkədəki səfirliyinin, Heydər Əliyev Fondunun Rusiyadakı Nümayəndəliyinin, Ümumrusiya Azərbaycanlılar Konqresinin, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin və azərbaycanlıların digər diaspor təşkilatlarının nümayəndələri, eləcə də müxtəlif millətlərdən olan dindarlar, ümumilikdə 800-dən çox insan iştirak edib.Əvvəlcə “İxlas” Fondunun nümayəndəsi Anas Məmmədov müqəddəs ayın mahiyyətindən, oruc tutmağın faydasından danışıb, habelə Ramazan bayramına həsr edilən şeirlər səsləndirilib. Müğənni Samir Salam dini mahnılar və xalq mahnıları ifa edib. Sonra müqəddəs Qurani-Kərimdən surə və iftar duası oxunub. Həmvətənlərimiz iftar süfrəsinə düzülmüş Azərbaycan milli yeməklərindən və şirniyyatlarından dadıblar.“Ramazan çadırı” mədəni-xeyriyyə tədbiri çərçivəsində Azərbaycan Gecəsinin təşkilinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya Moskva Müsəlmanları Ruhani İdarəsi adından ünvanlanan təşəkkür məktubu oxunub. Məktubda vurğulanır ki, Moskva müsəlmanlarının mədəni-xeyriyyə layihəsində iştirak xalqların birləşməsinə, yaxınlaşmasına və qarşılıqlı mədəni inteqrasiyasına, ənənəvi dini-mənəvi dəyərlərin dirçəlişinə xidmət edir.Azərbaycanın Rusiyadakı səfirliyinin nümayəndəsi Aqşin Əliyev çıxış edərək tədbir iştirakçılarını səfir Polad Bülbüloğlunun adından salamlayıb və Azərbaycanda müqəddəs Ramazan ayına necə önəm verilməsindən danışıb.Moskva müftisinin mədəni-maarif proqramları üzrə müavini Raşid Akkaziyev Heydər Əliyev Fonduna və şəxsən Fondun vitse-prezidenti Leyla Əliyevaya tədbirin təşkilinə görə təşəkkür edib. R.Akkaziyev vurğulayıb ki, müqəddəs Ramazan ayının hər günü xüsusi məna daşıyır.
Tədbirdə Azərbaycan haqqında videoçarx nümayiş etdirilib. “Baku”, “AMOR”, “İrs” jurnallarının nüsxələri, multimedia diskləri, ölkəmizin gözəl məkanlarının əks olunduğu açıqcalar paylanılıb.
Xatırladaq ki, Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı Nümayəndəliyi artıq 11-ci ildir ki, Rusiya Müftilər Şurasının “Ramazan çadırı” layihəsində iştirak edir və möminlər üçün iftar süfrəsi açır.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info