Azay Quliyev vida çıxışı etdi
Tarix: 04.07.2016 | Saat: 19:19:00 | E-mail | Çapa göndər


Məlum olduğu kimi Tbilisidə ATƏT Parlament Assambleyasının 25-ci yay sessiyası keçirilir. Bu gün sessiya çərçivəsində Assambleyanın Siyasi Məsələlər və Təhlükəsizlik Komitənin sonuncu iclası olub.
ATƏT PA-nın Büro üzvü, Komitənin sədr müavini Azay Quliyev iclasda vida çıxışı edib. Çıxışın mətnini təqdim edirik: “Cənab Sədr, hörmətli həmkarlar,
Bu önəmli Komitədə mənim Sədr müavini kimi tutduğum vəzifədə sonuncu iclasım olduğu üçün istərdim ki, hər birinizə səlahiyyət müddətim ərzində göstərdiyiniz dəstəyə və anlayışınıza görə səmimi minnətdarlığımı bildirim.
Sizin mənə əmanət etdiyiniz inam və etibarınızı yüksək qiymətləndirirəm. Bu mənə ATƏT-in ümumi maraqlarının bələdçilik etdiyi güclü örnək olmuşdur. 
Sizi ATƏT və onun Parlament Assambleyasını eyni qətiyyətlə dəstəkləməkdə davam etməyə hazır olduğuma əmin etmək istəyirəm. Mən əməkdaşlıq və dialoqa sadiq tərəfdar olaraq qalacağam.
Bizim ortaq hədəf və məqsədlərimizdə nailiyyətlərə çatmaq istiqamətində hamınızla işləməyi səbirsizliklə gözləyirəm.
Bir daha təşəkkür edirəm”.
Qeyd edək ki, Azay Quliyev ATƏT-in Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini vəzifəsinə ilk dəfə 2013-cü ildə İstanbul sammitində seçilib. A. Quliyev 2014, 2015-ci illərdə isə bu vəzifəyə təkrar seçilib”.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info