“Direktorların hazırlığı kursları -2016” regionlarda keçirilməyə başlanılıb
Tarix: 04.07.2016 | Saat: 19:20:00 | E-mail | Çapa göndər


Təhsil Nazirliyi və Qafqaz Universitetinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Direktorların hazırlığı” kurslarına 2013-2014-cü ildən ilk dəfə Bakı şəhəri üzrə başlanılıb.
Təhsil Nazirliyi və Qafqaz Universitetinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Direktorların hazırlığı kursları -2016" layihəsi Bakı şəhəri ilə yanaşı regionlarda da keçirilməyə başlanılıb. İlk olaraq Sumqayıt şəhəri, Abşeron və Xızı rayonlarda yerləşən təhsil müəssisələrinin pedaqoji kadrlarını əhatə edən layihə 12.01.16 tarixində mesabiqə ilə bağlı elanın verilməsi ilə başlayıb.  Təlimlərin məqsədi müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək məktəb direktorlarını yetişdirmək və təkmilləşdirməkdir. Təlimlərdə Sumqayıt şəhəri, Abşeron və Xızı rayonları üzrə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində işləyən 40 təhsil işçisi iştirak etmişdir. Təlimlərdə təhsil menecmentinin daha səmərəli təşkilini dəstəkləyən təhsildə keyfiyyətin idarəedilməsi, təhsili idarəetmənin hüquqi əsasları, kompüter və təlim texnologiyaları, təhsildə statistika və təhlil, təhsilin idarəedilməsi və monitorinqi, təhsili idarəetmənin  psixoloji əsasları, təhsildə maliyyənin idarəolunması kimi fənlər tədris olunub. Layihə çərçivəsində təlimlər 11.04.16 tarixində başlamış və 29.06.16 tarixində Qafqaz Universitetində təşkil olunan məzuniyyət tədbiri və sertifikatların təqdimat mərasimi ilə başa çatıb. Məzuniyyət tədbirində Təhsil Nazirliyinin nümayəndələri və Qafqaz Universitetinin rektoru professor Ahmet Saniç iştirak edib. Kursun dinləyiciləri kursun təşkilindən razılıqlarını bildiriblər və təşkilatçılara təşəkkür ediblər.
Qeyd ediək ki ,8 İyul –  6 Avqust aylarında növbəti layihə Gəncədə şəhərində keçiriləcək. Layihədə Gəncə şəhəri, Göygöl, Samux, Goranboy, Daşkəsən rayonlarından 41 nəfər iştirak edəcəck .






 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Azərbaycanda əmək pensiyalarının hesablanması qaydası ilə bağlı qanunvericiliyə dəyişiklik edilir
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10483

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info