BSU tələbələri istehsalat təcrübəsinə başlayıb
Tarix: 04.07.2016 | Saat: 19:46:00 | E-mail | Çapa göndər


Professor Nurlana Əliyeva:” Hər bir tələbə təhsil aldığı universitetin nüfuzunu qorumalıdır”
Bakı Slavyan Universitetinin ( BSU) Filologiya və jurnalistika, Beynəlxalq münasibətlər və tərcümə fakültələrində təhsil alan III kurs tələbələrinin yay istehsalat təcrübəsinə başlamaları münasibəti ilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva bir ay müddətində ölkənin müxtəlif ümumtəhsil müəssisələrində təcrübə keçəcək tələbələrə tövsiyələr verib, onlara uğurlar arzulayıb: “Hər bir tələbə təhsil aldığı universitetin adını, imicini, nüfuzunu qorumalıdır. Elə qorumalıdır ki, onun şəxsində təmsil etdiyi universitetin bütün mənzərəsi aydın olsun. Etik davranışı, münasibəti ilə elə bir mövqedə dursun ki, azərbaycançılıq idealogiyasını özündə ehtiva edən gözəl bir gəncin obrazını yaratsın. Təcrübə keçdiyiniz müəssinin əməkdaşları şahid olsunlar ki, Bakı Slavyan Universitetinin gəncləri doğrudan da müasir gəncliyimizin adını qoruyan insanlardır. Bu şərəfi qorumaq hər birimizin borcudur. Bugünkü gəncliyimiz Vətənimizin gələcəyidir. O gələcəyin hansı səviyyədə olması sizin əlinizdədir”. Professor Nurlana Əliyeva Ulu öndər Heydər Əliyevin qoyub getdiyi milli-mədəni irsi davam etdirməyin hər bir Azərbaycan vətəndaşının qarşısında duran vacib vəzifə olduğunu vurğulayıb, tələbələri daim bu mövqedən çıxış etməyə dəvət edib.
Tədbirdə çıxış edən Beynəlxalq münasibətlər və tərcümə fakültəsinin dekanı, dosent Əsgər Əhməd, Təcrübə bölməsinin müdiri Yaqut Məmmədova, Filologiya fakültəsinin tərbiyə işləri üzrə dekan müavini Sevinc Musayeva tələbələri təcrübə müddətində fəal olmağa və işlərinə ciddi yanaşmağa çağırıb, öz tövsiyələrini veriblər.
Qeyd edək ki, Bakı Slavyan Universiteti üzrə ümumilikdə 400 nəfər (137 nəfər Filologiya və jurnalistika, 263 nəfər Beynəlxalq münasibətlər və tərcümə fakültələri üzrə) tələbə Azərbaycan Respublikası Milli Məclis Aparatı, Xarici İşlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Heydər Əliyev Mərkəzi, Heydər Əliyev Fondu, Mərkəzi Seçki Komissiyası kimi rəsmi dövlət qurumlarında, “AzərTac”, Azərbayca Televiziya və Radio Verlişləri Qapalı Səhmdar Cəmiyyəti və başqa aparıcı KİV orqanlarında, müvafiq elm və tədris mərkəzlərində yay istehsalat təcrübəsi keçəcək.




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
İspaniya Kataloniyaya əlavə qüvvələr göndərir
16.10.2019
Prezident: Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, bilikli, gənc kadrlar işə cəlb edilməlidir
16.10.2019
Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
16.10.2019
Prezident: Vergini verməyən cinayət məsuliyyətinə cəlb edilməlidir
16.10.2019
Prezident Mayıl Əhmədovu “Əmək” ordeni ilə təltif edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info