İsrail televiziyası: “Xocalıda qətliam törədənlər Njdeni ideal seçən cəlladlardır”
Tarix: 04.07.2016 | Saat: 20:35:00 | E-mail | Çapa göndər


İsrailin “Kanal 9” televiziyasında yayımlanan “Gəlin, danışaq” verilişində Ermənistanın paytaxtı İrəvanda ermənilərin “qəhrəmanı” Njde Qareginə abidə qoyulması məsələsi müzakirəyə çıxarılıb. 
Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, verilişin aparıcısı, siyasətçi İosif Şaqal “İnsanlıq əleyhinə cinayət törətmiş şəxsi bir ölkə “milli qəhrəman” adlandıra bilərmi? Əgər belədirsə buna necə bəraət qazandırmaq olar?” sualı ilə veriliş iştirakçılarına müraciət edib. 
İosif Şaqal hazırkı gərgin şəraitdə bəzi dövlətlərin tarixi faktları təhrif edərək təqdim etdiyini diqqətə çatdırıb. Onun “Biz almanlarla əlbir olub Holokost faciəsini törədən “xalq qəhrəmanlarına”, Xarkovda, Çernobılda antisemit Stepan Banderaya, minlərə yəhudi uşağı öldürən Herbert Kukursa və faşist, antisemitist Njde Qareginə abidə ucaldılmasına susmalıyıqmı?” sualı ilə bağlı fikir mübadiləsi aparılıb. 
Müzakirələrdə İsrailin Cənubi Qafqaz Araşdırmaları Assosiasiyasının sədri, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut, politexnoloq Oleq Levinski, vəkil Mark Knyajevskiy iştirak edib. O. Levinski türklər, azərbaycanlılar və yəhudilərə qarşı kütləvi qətllərdə iştirak edən insana abidə qoyulmasının səbəbini ermənilərin öyünməyə əsl qəhrəmanının olmaması ilə bağlayıb. 
A. Qut isə bildirib ki, faşist erməni generalına abidə qoyulması Holokost faciəsində ölənlərin xatirəsinə təhqirdir. “Njdeyə abidə qoyulması ilk belə hadisə deyil, bir neçə il öncə də Ermənistan keçmiş Sovet ölkələri arasında antisemitizmin yayıldığı ölkə kimi ilk yeri tutmuşdu. Antisemitizm Ermənistanda hər sahədə var - siyasətdə, mediada. Bu gün antisemitizm onların dövlət siyasətidir”. 
A. Qut həmçinin, Xocalıda ermənilərin törətdiyi vəhşilikləri xatırladaraq bildirib ki, bu qətliamı törədənlər özlərinə Njdeni ideal seçən cəlladlardır. 
Veriliş iştrakçıları bildiriblər ki, faşist erməni generalına abidə qoyulması açıq-aşkar faşizmin propoqandasıdır, ermənilərin vətənpərvərlik adı ilə  faşizmi təbliğ etməsidir. Həmçinin, qeyd edilib ki, Ermənistan rəhbərliyinin Njdenin abidəsinin açılış mərasimində iştirak etməsi bunu deməyə əsas verir  ki, onlar Njde Qareginin varisi olduqlarını nümayiş etdirirlər.





 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Tramp Makronu hədəfə aldı: “ABŞ gəlməsəydi artıq Parisdə almanca öyrənməyə başlamışdınız”
13.11.2018
Litvada prezident seçkiləri kampaniyası başlanıb
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər
12.11.2018
Misirdə sosial şəbəkələrdə yanlış informasiya yayanlar cəzalanacaq
11.11.2018
Türkiyə HHQ İraqın şimalında 14 terrorçunu məhv edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10461

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info